Samsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olun

Samsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olunSamsung Electronics Galaxy S24 Ultra, Galaxy S24+ və Galaxy S24-ü təqdim edərək, AI (süni zəka) əsaslı mobil təcrübənin əsasını qoydu.
Mobil cihazların istifadəçilərə verdiyi imkanları kökündən dəyişməklə Galaxy S seriyası yeni dövrə yol açır. Süni zəka mətnin və zənglərin ağıllı tərcüməsi ilə maneəsiz ünsiyyətdən tutmuş Galaxy ProVisual Engine ilə maksimum yaradıcılıq azadlığına və yeni axtarış standartlarına qədər Galaxy istifadəçilərinin demək olar ki, dünyaya baxışlarını dəyişərək, Galaxy S24 seriyasını hər tərəfdən gücləndirir.
Samsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olunXaricdən olan tələbə və ya həmkarınızla söhbət edin. Bir ölkədə tətildə ikən digər ölkədə masa sifariş edin. Bütün bunlar Live Translate ("Canlı tərcümə") funksiyası sayəsində mümkündür - real vaxt rejimində telefon zənglərinin ikitərəfli səsli və yazılı tərcüməsi. Bundan ötrü üçüncü tərəf proqramları tələb olunmur və cihazdakı AI söhbətləri tamamilə gizli saxlayır.
Interpreter ("Tərcüməçi") vasitəsilə ilə siz söhbətləri real vaxt rejimində bölünmüş ekranda dərhal tərcümə edə bilərsiniz ki, üzbəüz dayanan insanlar qarşı tərəfin dediklərini oxuya bilsinlər. Bu funksiya mobil məlumat və ya Wi-Fi olmadan da çalışır.
Chat Assist mesajlar və digər proqramlarda ünsiyyətinizin tam nəzərdə tutulduğu kimi səslənməsini təmin etmək üçün mükəmməl danışıq tərzinizi tapmağa kömək edə bilər: məsələn, həmkarınıza nəzakətli mesaj və ya sosial media başlığı üçün qısa, yaddaqalan ifadə seçərkən. Samsung düymə lövhəsində quraşdırılmış süni zəka mesajları real vaxt rejimində 13 dilə tərcümə edə bilir. Avtomobildə quraşdırılan Android Auto daxil olan mesajları avtomatik şəkildə ümumiləşdirir və uyğun cavablar və hərəkətlər təklif edir, məsələn, kiməsə gəliş vaxtınız barədə mesaj göndərir ki, siz əlaqəni gözünüzü yoldan ayırmadan qura biləsiniz.
Samsung Notes-dakı Note Assist hesabına istifadəçilər işlərini daha da qaydaya sala bilər. Bura süni zəkanın yaratdığı xülasələr, əvvəlcədən hazırlanmış formatlar əsasında qəliblərin yaradılması və qeydlərin sadələşdirilməsi, onların bir baxışda nəzərə çarpması, üz qabığının yaradılması kimi imkanlar daxildir. Çox adamın söhbət etdiyi səs yazılarını ümumiləşdirmək və tərcümə etməkdən ötrü Transcript Assist süni zəka sayəsində Speech-to-Text texnologiyasından istifadə edir.
Ünsiyyət Galaxy S24 seriyasının telefonun əsas üstünlüklərini gələcəyə aparan yeganə yol deyil. Onlayn axtarış həyatın demək olar ki, hər üzünü dəyişib. Galaxy S24 axtarış tarixində önəmli bir mərhələnin əsasını qoyur: bu, Google-un intuitiv, əl hərəkətləri ilə idarə olunan Axtarış Dairəsini təqdim edən ilk telefondur. Galaxy istifadəçilərinə inanılmaz yeni alət vermək üçün Galaxy dünyanın axtarış lideri olan Google-a müraciət edib və sadə bir hərəkətə əsaslanan yeni axtarış formaları açıb. "Əsas səhifəyə" düyməsini basıb saxlamaqla istifadəçilər Galaxy S24 ekranında dairə yaxud eskiz çəkə və ya hər hansı bir hissəyə toxunmaqla onu axtarışa verə bilərlər. İstifadəçi dostunun sosial media postunun fonunda gözəl bir əlamətdar yer və ya YouTube Shorts-da bir əyləncə görəndə, proqramdan çıxmadan daha çox məlumat əldə etmək üçün tez bir zamanda xüsusi axtarışa keçə bilər.
Samsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olunGalaxy S24 seriyasındakı ProVisual Engine şəkil çəkməkdən onu sosial mediada paylaşmağa qədər hər addımda maksimum yaradıcılıq azadlığına imkan verən və bütövlükdə təsvir təcrübəsini dəyişdirən süni zəka ilə çalışan hərtərəfli alət dəstidir.
Uzaqdan çəkilmiş titrək, pikselli şəkillər keçmişdə qaldı. Yeni 5x optik böyütmə obyektivi olan Galaxy S24 Ultra-nın Quad Tele sistemi adaptiv piksel sensoru sayəsində 2x, 3x, 5x, 10x böyütmədə optik keyfiyyət saxlamaq üçün 50 meqapiksellik sensorla birləşdirilib. Üstəlik, qabaqcıl rəqəmsal böyütmə funksiyasından istifadə edərək fotoşəkillər 100x-a qədər böyüdüldükdə belə kristal təmiz görünür.
Samsung Galaxy S24 ilə mobil süni zəkanın yeni dövrünə daxil olunOyunlar. Mürəkkəb videoların yazılması və redaktə edilməsi. Beş səyahət planlaşdırma proqramı arasında keçid edin. Çətinlikdən asılı olmayaraq, Galaxy S24 çipset, displey və s. təkmilləşdirilməsi ilə inanılmaz təcrübə təqdim edir. Bundan başqa hər bir Galaxy S24 Ultra cihazı Snapdragon® 8 Gen 3 Mobil Platforması ilə təchiz edilib.
Xüsusi olaraq Galaxy istifadəçiləri üçün optimallaşdırılmış bu çipset inanılmaz dərəcədə səmərəli və AI emalı üçün əhəmiyyətli olan NPU təkmilləşdirmələri təmin edir. 1-120Hz adaptiv yeniləmə sürəti hər üç Galaxy S24 modelində məhsuldarlığı da artırır.
Galaxy S24 eyni zamanda təkrar emal edilmiş polad və termoplastik poliuretan (TPU) istifadə edilməklə hazırlanan ilk Galaxy S seriyasıdır. Galaxy S24 Ultra-nın dinamiklərinin ən azı 40%-i təkrar emal edilmiş poladdan, yan və səs düymələri isə ən azı 10%-i təkrar emal edilmiş TPU-dan hazırlanıb. Bundan əlavə, hər bir Galaxy S24 100% təkrar emal edilmiş kağız qutuda gəlir.
Galaxy S24 seriyası haqqında ətraflı məlumatı Samsung.com/az səhifəsində əldə edə bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 31 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər meherremlik 2026 en sonxeber