Samsung Knox: televizorlarda təhlükəsizlik platformasının lazımlığı və bu tələbatın kvantlarla bağlılığı
Xarici təhlükələrdən qorunmanın çoxpilləli sistemiilə tanış oluruq.
Samsung smartfon və planşetləri artıq 10 ildən (bu sistem ilk dəfə 2013-cü ildə təqdimedilib) çoxdur ki, marka təhlükəsizlik platforması olan Knox-un, müdafiəsialtındadır. Portativ texnikalarda güclü qoruma protokollarına olan tələbat təbiidir: smartfon oğurlana və ya yeniyüklənmiş proqram təminatı tərəfindən kiber hücuma məruz qala bilər ki, beləhallarda sizə məxsus məlumatların üçüncü şəxslərin əlinə keçməsi riskimövcuddur.
Lakin, Samsung mühafizə mövzularında yenilikedərək, Knox təhlükəsizlik sistemini həm də ağıllıtelevizorlarda daistifadə olunmansını təmin etmişdir. Əslində burada təəccüblənəcək heç nəyoxdur. Müasir TV —qonaq otağınızda yerləşən kompüterdir, belə ki, burada tamfunksional brauzer, ağıllı ev ekosisteminə inteqrasiya və yüklənə biləntətbiqlər mövcuddur.
İnternet qoşulmasının olması, əlbəttə, çox faydalıdır, lakin bu qoşulmanın həmdə kiber hücumlar üçün giriş nöqtəsi olması, diqqət tələb edir. Belə ki, 2024-cü ilinəvvəlində 170 000-dən çox televizor və TV-konsoldan ibarət botnet haqqındageniş müzakirələr aparılmışdır. Digər məşhur botnet isə təxminən 200 000 cihazı əhatə edirdi. Və cihazların bir-biri ilə aktiv qarşılıqlı əlaqədə olması onlardanbirinə hücum təşkil olunduğu halda, bütün ekosistemin risk altına salınmasıdeməkdir.
Gəlin, Samsung Knox-un, mühafizə üçün hansı alətlərdənistifadə etdiyini, birlikdə araşdıraq.
Knox-un anatomiyası
Təhlükəsizlikplatforması, aparat, proqram və servis kimi üç səviyyəli qorumadan ibarət olub,Samsung televizorlarında hərtərəfli müdafiəni təmin edir.
Knox loqosu — qalxan formasındalabirint — çoxpilləli müdafiə prinsipini əks etdirir.
Aparat səviyyəsi. Belə ki,zavod istehsalı mərhələsində televizorun çipinə dəyişməz açar — "rəqəmsal iz" tətbiqolunur. Hər yenilənmə zamanı Secure Boot mexanizmi işə düşərək, proqramtəminatının imzasını bu digital iz ilə mərhələli şəkildə yoxlayır. Bu yoxlanışzamanı, proqram təminatının dəyişdirilməsi və ya kənar mənbələrlə əvəz edilməsiaşkarlanarsa "imza" zənciri qırılaraq, yüklənmədən imtina edirlir və həssasməlumatların qorunması təmin olunur.
Yoxlama uğurla başa çatdıqda, prosessor TrustZone-u aktivləşdirir və özünü ikimüstəqil "fəzaya" bölür. Ən həssas məlumatlar, o cümlədən çip daxilindəyerləşən, nə proqram, nə də fiziki təsir ilə müdaxilə edilməsi mümkün olmayan -Knox Vault "seyfi" qorunan hissəyə yerləşdirlir. Samsung televizorları arasındabu qorunan yaddaş fəzası Neo QLED 8K modellərində mövcuddur.
Əməliyyat sistemi və adi tətbiqlər isə burada "açıq" fəzada fəaliyyət göstərir.Qorunan seqmentdə yer alan tətbiqlər hər iki fəzanın resurslarına çıxış əldəedə bilər, lakin məlumat axınının əks istiqamətdə hərəkəti mümkün deyil. Bu səbəbdən də, həttazərərli proqram təminatı istifadəçi hissəsinə hücum etsə belə, o nə həssas məlumatlarıoğurlaya, nə də sistem fayllarını dəyişdirə biləcək.
Proqram səviyyəsi. İstifadəçi və tətbiqlərə aid bütün məlumatlar müasir kriptoqrafikalqoritmlərlə şifrələnir. Açarlar isə qorunan yaddaşda saxlanılır.
Servissəviyyəsi. Bu səviyyədəki qoruma vasitələrizərərli kodun ümumiyyətlə cihaza düşməsinə imkan vermir. Daxili brauzer, keçidedilən sayt ünvanlarını bulud bazasındakı təhlükəli resurslarla müqayisə edənfiltrə malikdir. Belə ki, şübhəli saytlar səhifə yüklənməmiş bloklanır.
Həmçinin burada parolların, giriş açarlarının və digər mühüm məlumatlarınsaxlanması üçün yaradılmış Samsung Pass xidməti mövcuddur. Belə ki, sistemdəyer alan bütün məlumatlar end-to-end şifrələmə üsulu ilə qorunaraq, həttaSamsung tərəfindən belə istifadə edilə bilmir. Bununla belə, smartfon,televizor və kompüterlər arasında sinxronizasiyanın təşkilinə maneə yaradılmır.
2023-cü ildə isə Samsung Knox Matrix-itəqdim etdərək, təhlükəsizlik səviyyəsini ayrıca cihaz çərçivəsindən, bütünekosistem səviyyəsinə qaldırdı. Belə ki, Samsung smartfonları, televizorları vəhətta məişət texnikası Trust Chain vasitəsilə bir-birini təhlükəsizlikbaxımından yoxlaya bilər.
Əgər zəncir iştirakçılarından biri hücuma məruz qalarsa, sistem dərhal onuekosistemdən təcrid edərək, digər cihazların müdafiəsini təmin edir. Buna misalolaraq, hakerlər robot-tozsoranı və ya ağıllı soyuducunu (bəli, soyuducular daartıq ağıllıdır!) hədəf seçərsə, Knox Matrix həmin cihazı dərhal ekosistemdənayırır.
Televizordatəhlükələrin olub-olmadığını smartfondan, smartfondakı vəziyyəti isə televizordanyoxlamaq mümkündür.
Əlavə olaraq Knox Matrix-ə aşağıdakılardaxildir:
· Credential Syncfunksiyası — cihazlar arasında sinxronizasiya zamanı istifadəçi məlumatlarınıqoruyur.
· Cross PlatformSDK alətləri — müxtəlif əməliyyat sistemləri olan qurğularda eyni yüksəksəviyyəli təhlükəsizliyin təmin edilməsinə imkan yaradır.
Samsung televizorlarında Knoxplatformasının etibarlılığını beynəlxalq Common Criteria standartı sertifikatı təsdiqedir. 2024-cü ildə Samsung Knox-un təhlükəsizliyi ardıcıl olaraq onuncu dəfə busertifikatla təsdiq edilmişdir.
Bəs kvantların bu məsələ ilə bağlılığı nədir?
"Kvantlar" termini televizor dünyasındaən çox QLED (Quantum dot LED) texnologiyası ilə əlaqələndirilir. QLEDekranlarda kvant nöqtələrindən ibarət qat istifadə olunur ki, bu nöqtələr hərpikselin şüalanmasını formalaşdıraraq rəng diapazonunu genişləndirir vəkontrastlığı artırır.
Qeydedək ki, 2015-ci ildən etibarən Samsung QLED televizorları tərkibində toksikkadmium olmayan kvant nöqtələrindən istifadəedir. Belə ki, kanserogen material dahaekoloji fosfid indiumla əvəz olunub, bununla da diodların ömrü uzadılıb.
Amma təhlükəsizlik çərçivəsində Samsung televizorlarının "kvantlarla" bağlılığıtamamilə başqa məna daşıyır — burada söhbət kvantkompüterlərindən gedir. Belə ki, gələcəkdə kvantkompüterləri ənənəvi şifrələmə alqoritmlərini asanlıqla aşa biləcək. Busəbəbdən də Knox Matrix ekosistemində artıq post-kvant ML KEM alqoritmiistifadə olunur. Sözü gedən alqoritmlə ehtiyat nüsxələr və sinxronizasiya olunanparollar şifrələnir ki, məlumatlar super güclü kvant hesablamaları dövründə dəyüksək səviyyədə qorunsun.
Knox-un üçpilləli qoruma sistemi və post-kvant alqoritmlərə keçidsayəsində Samsung adi televizoru təkcə bu gün deyil, gələcəkdə də yaranabiləcək təhlükələrə hazır olan etibarlıev ekosisteminə çevirir / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır