Samsung' SGS və TÜV Rheinland kimi beynəlxalq sertifikatlara layiq görüldü

Samsung' SGS və TÜV Rheinland kimi beynəlxalq sertifikatlara layiq görüldüSamsung Electronics, davamlı texnologiyalar və ekoloji məsuliyyət sahəsində standartları müəyyən etməyə davam edir.
azxeber.com xəbər verir ki, şirkətin kvant displeyləri eyni anda iki nüfuzlu beynəlxalq təşkilat — İsveçrənin SGS institutu və Almaniyanın TÜV Rheinland sertifikatlaşdırma agentliyi tərəfindən yüksək qiymətləndirilib. Aparılmış yoxlamalar bir daha təsdiqləyib: Samsung displeylərində insan sağlamlığı və ətraf mühit üçün təhlükə yaradan zəhərli ağır metal olan kadmiumdan, istifadə olunmur.
"Samsung-un kvant nöqtəli televizorları zərərli maddələrlə bağlı məhdudiyyətlərə uyğun, təhlükəsiz texnologiya əsasında istehsal olunaraq, təsvirin misilsiz keyfiyyətini təmin edir", — deyə Samsung Electronics şirkətinin Displey Həlləri bölməsinin icraçı vitse-prezidenti Taeyong Son bildirib. — "SGS tərəfindən təqdim edilən sertifikat məhsullarımızın təhlükəsizliyini tam şəkildə təsdiqləyir. Bu hal bizi, davamlı olaraq dayanıqlı displey texnologiyalarının inkişafına sadiq qalmağa sövq edir."
2001-ci ildən bəri kadmiumdan şüurlu şəkildə imtina
Bir vaxtlar kvant nöqtələrinin istehsalında geniş şəkildə istifadə olunan kadmiumum, rəsmi olaraq insan və təbiət üçün təhlükəli, toksik element olduğu təsdiq edilib. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Aİ-nin RoHS direktivi kimi ekoloji qanunvericilik tələblərinin sərtləşdirilməsi fonunda Samsung, sözü gedən qlobal trendlər yer almamışdan çox daha əvvəl təhlükəsiz alternativlərin axtarışına başlayıb.
Şirkət 2001-ci ildən etibarən kadmiumsuz kvant nöqtələrinin istehsalı sahəsində tədqiqatlara start verib. Belə ki, 2014-cü ildə Samsung mühəndisləri dünyada ilk dəfə kadmiumsuz kvant nöqtəsi materialını təqdim edib, 2015-ci ildən isə bu texnologiya televizorların istehsalında tətbiq olunmağa başlanıb.
Və elə həmin ildən başlayaraq, Samsung, ekoloji cəhətdən təmiz displey texnologiyaları sahəsində liderliyini möhkəmləndirməkdə davam edir. Hazırda şirkətin zərərli maddələrdən azad kvant nöqtələrinin istehsal olunması və tətbiqi ilə bağlı təxminən 150 patenti mövcuddur. 
Samsung' SGS və TÜV Rheinland kimi beynəlxalq sertifikatlara layiq görüldüSGS: Təhlükəsiz və effektiv texnologiya
Cenevrədə yerləşən və sertifikatlaşdırma əsasında keyfiyyətə nəzarət sahəsində ixtisaslaşan SGS institutu Samsung displeylərini hərtərəfli yoxlamadan keçirib. Təhlil nəticələri bir daha sübut edib ki, şirkətin istehsal etdiyi televizorlarında istifadə edilən kvant nöqtələri, beynəlxalq təhlükəsizlik standartlarına tam şəkildə cavab verir və kadmium tərkibli deyil.
Samsung-un bu sertifikata layiq görülməsi, uzun illər apardığı araşdırmaların, texnoloji innovasiyaların və dayanıqlı, ətraf mühitə dost həllərə yatırdığı böyük sərmayələrin nəticəsidir.
Sənayə üçün yeni standart
Müasir Samsung televizorları — o cümlədən Neo QLED 8K və QLED 4K kimi flaqman modellər də yeni nəsil kvant nöqtəsi texnologiyası əsasında hazırlanır. Bu cihazlar parlaq və dolğun təsvir, yüksək kontrast və dəqiq rəng ötürülməsi təqdim etməklə yanaşı, həm də ekoloji cəhətdən təhlükəsizdir.
Davamlı texnologiyalara artan tələbat fonunda Samsung, məsuliyyətli yanaşma nümunəsini nümayiş etdirərək, sübut edir ki, innovasiya və ekoloji təhlükəsizlik mütləq yanaşı addımlamalıdır.

İqtisadiyyat       Tarix: 26 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler xeber.az 2026 hava proqnozu zelzele