Samuxda qadının evinə maskalı basqın edənlər tutuldu
Samuxda soyğunçuluq hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Open.az-a verilən məlumata görə, cari ilin may ayının 12-də Samux rayon sakini M.Mehbalıyeva Samux Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək 4 nəfər tanımadığı maskalı şəxslərin evinə qanunsuz olaraq daxil olduğunu və ondan pul, qızıl-zinət əşyaları tələb etdiklərini, lakin evdə olan qızı və nəvəsini gördükdən sonra bir ədəd mobil telefonu götürərək getdiklərini bildirib.
Samux və Göygöl rayon Polis Şöbələrinin əməkdaşlarının birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakinləri Elvin Məmmədov, Tural Süleymanov, Əli Mehdizadə və Tural Qədimov tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayət hadisəsini etiraf ediblər. Qeyd edək ki, dəstə üzvlərindən E. Məmmədov və T. Süleymanov digər 2 nəfərlə birlikdə Göygöl rayonunda oğurluq hadisəsi törətməkdə də şübhəli bilinirlər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırlır.


Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib