Sankt-Peterburq şəhərində "Heydər Əliyevin həyatının 100 anı" kitabının təqdimatı keçirilib

Sankt-Peterburq şəhərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Rusiya Milli Kitabxanasında "Ulu öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri" beynəlxalq layihəsi çərçivəsində "Heydər Əliyevin həyatının 100 anı" rus dilinə tərcümə edilmiş kitabının təqdimat mərasimi keçirilib. 
Rusiya Milli Kitabxanasında yerli hakimiyyət nümayəndələrinin, yerli ictimaiyyətin, Azərbaycan diasporunun nümayəndələrinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət xadimlərinin iştirakı ilə keçirilən təqdimat mərasimi Sankt-Peterburqda Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin, "Leninqrad Vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti" Regional İctimai Birliyinin, "Xanqızı Natəvan" Dünya Azərbaycanlı Qadınlar Cəmiyyətinin təşkilati dəstəyi və kitabın müəllifi, "Mənim Azərbaycanım" beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin təşəbbüsü ilə təşkil olunub.
Təqdimat mərasimində iştirak edənlər Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə ilk öncə çıxış üçün söz Rusiya Milli Kitabxanasının nümayəndəsi Stanislav Bronislavoviç Qolubtsova verilib. Stanislav  Qolubtsov deyib ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti Heydər Əliyev qoyublar. Heydər Əliyev müdrik insan idi, insanlarla danışmağı bacarırdı. Bu cür tədbirlər xalqların və millətlərin yaxınlaşmasına kömək edir.
Sonra mərasimdə tanınmış həmyerlimiz, Sankt-Peterburqun görkəmli xadimi, akademik, elmlər doktoru, professor, Sankt-Peterburqdakı Azərbaycan diasporunun fəal üzvü Heydər İmanov çıxış edib. O qeyd edib ki, müəllif Emil Nəsirlinin növbəti uğurlu layihəsi olan "Heydər Əliyevin həyatının 100 anı" kitabında ulu öndərin 1993-2003-cü illərdə xarici ölkələrə rəsmi və dövlət səfərlərindən bəhs edən materiallar, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin nitqlərindən və müsahibələrindən sitatlar, bu mövzu ilə əlaqədar eləcə də Azərbaycanın xarici siyasətinə dair tarixi məlumatlar, məlumat və arayış materialları və s. dərc olunub. Akademik Heydər İmanov onu da qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsinə dair bu kimi kitabların nəşri, qeyd olunan mövzuda materialların sistemləşdirilmiş formada əks olunması Azərbaycanın xarici siyasəti haqqında məlumat əldə etmək istəyən hər bir oxucu üçün dəyərli vasitədir. "Bu nəşr əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın xarici siyasətini öyrənən alim və tədqiqatçılar üçün də çox dəyərli mənbədir", - deyə Q.İmanov bildirib.
Sonra təqdimat mərasimində "Heydər Əliyevin həyatının 100 anı" kitabının müəllifi, "Mənim Azərbaycanım" beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli çıxış edib. Emil Nəsirli müəllifi olduğu "Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri" beynəlxalq layihəsi çərçivəsində azərbaycan, ingilis, rus, rumın və digər dillərdə çap olunmuş "Heydər Əliyevin həyatının 100 anı" kitabı haqqında geniş məlumat verərək vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyev həmin illərdə Azərbaycanda mövcud olan konkret geosiyasi və tarixi şəraiti nəzərə alaraq xarici siyasət kursunun əsas istiqamətlərini müəyyən etmişdir.
Çıxışında Emil Nəsirli onu da bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xarici səfərlərinin əsas məqsədi Azərbaycanın bütün dünyada tanınmasına nail olmaq, ölkəmizlə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, həmçinin ölkə iqtisadiyyatının inkişafına nail olmaqdan ibarət olub. Tarix sübut edib ki, hər səfəri uğurla başa vuran ulu öndər bütün bu məqsədlərə zaman-zaman nail ola bilib.
Emil Nəsirli onu da qeyd edib ki, müəllifi olduğu bu kitabda ulu öndərin səfərlərinin coğrafiyasına nəzər saldıqda dövlətimizin atdığı geostrateji gedişləri, qloballaşan dünyada ölkə üçün uğurlu balanslaşdırılmış siyasətin formalaşdırılması yolunu aydın görmək olar. Azərbaycan üçün belə gərgin siyasi bir dövrdə xalqın təkidli tələbi ilə ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışı ölkənin böyük fəlakətlərdən xilas edilməsinə, eyni zamanda, dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilməsinə xidmət edib.
Kitabın müəllifi Emil Nəsirlinin sözlərinə görə, bu gün Rusiya-Azərbaycan münasibətləri yüksələn xətt üzrə gedir: "Ölkələr arasında əməkdaşlıq misli görünməmiş strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatıb". Emil Nəsirli onu da vurğulayıb ki,  Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında xüsusi dinamikanı, ünsiyyəti yüksək etimad və qarşılıqlı anlaşma ilə seçilən prezidentlər müəyyən edir. 
Sonra Emil Nəsirli iki ölkə arasında münasibətlərin sabitlik və dinamizm ilə səciyyəvi olduğunu vurğulayaraq, hər dəfə Bakıda rəsmi səfərdə olan Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdüyünü diqqətə çatdırıb. Bu görüşlərdə müxtəlif sahələrdə, o cümlədən təhsil, mədəniyyət, ümumi tarixi yaddaşın qorunub saxlanılması sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunduğunu, Sankt-Peterburq ilə Azərbaycan arasında tərəfdaşlığın bu payızda 20 yaşı tamam olacağını çıxışında xüsusi qeyd edib. Müəllif həmçinin bildirib ki, ötən müddət ərzində bu istiqamətdə çox işlər görülüb və qarşılıqlı əlaqələr bu gün də fəal şəkildə davam edir. "Bu gün Sankt-Peterburqla Bakı arasında körpülərin və avtomobil yollarının tikintisi sahəsində əlaqələr qurulub. Neva çayı sahilindəki şəhər müəssisələrinin neft və qaz quyuları üçün öz məhsullarını və texnoloji imkanlarını təklif etməyə hazırdırlar, onu da xüsusi vurğulamaq lazımdır ki, ölkələrimiz arasında əczaçılıq və tibb sənayesində də sıx əlaqələrin inkişaf etdirilməsi perspektivləri var", deyə müəllif bildirib və əlavə edib ki, artıq Azərbaycanda bir sıra Sankt-Peterburq şirkətləri fəaliyyət göstərir. Sankt-Peterburq gəmiqayırma sahəsində əməkdaşlığı genişləndirərək daim öz innovativ dərman vasitələrini, vaksinləri və tibbi avadanlıqları təklif edir. Bu, tankerlərin tikintisi, gəmilərin modernləşdirilməsi, ehtiyat hissələrinin təchizatı və kadrların təkmilləşdirilməsi ola bilər.
Daha sonra müəllifi olduğu kitab haqqında fikirlərini bölüşən Emil Nəsirli deyib ki, gələcəkdə bu kitabı çin, ispan, ərəb və digər dillərə də tərcümə etməyi planlaşdırırıq ki, imkan daxilində bütün dost ölkələrdə də yayılsın. Əsərin məzmunu ulu öndər Heydər Əliyevin demək olar ki, bütün həyatını, fəaliyyətini, ölkəmizin digər ölkələrlə münasibətlər sisteminin əsaslarını, eləcə də quruculuq və yaradıcılıq fəaliyyətini əhatə edir. Bütün bunlar deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və inkişafı nəticəsində Azərbaycan böyük uğurlara imza atıb. Kitab haqqında danışan müəllif Emil Nəsirli onu da əlavə edib ki, bu sanballı nəşr əsərində qlobal səviyyəli siyasi xadim Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev haqqında materiallar nəfis şəkildə yer alıb.
Onun sözlərinə görə, Heydər Əliyev irsinin tədqiqi çox mühüm vəzifədir və bütün dünya azərbaycanlıları Heydər Əliyev şəxsiyyətinin əhəmiyyətini dərk etməli, bu əhəmiyyəti başqalarına da izah etməyi özünə borc bilməlidirlər.
Tədbirdə "Sankt-Peterburq Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəti"nin sədri Sabir Məsimov, "Xanqızı Natəvan" Dünya Azərbaycanlı Qadınları Cəmiyyətinin rəhbəri Könül Abbasova, eləcə də Sankt-Peterburqun diaspor təşkilatları və digər qurumların nümayəndələri çıxış ediblər. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətindən, onun bütün dövrlərdə qəbul etdiyi qərarların əhəmiyyətindən danışıb, dahi şəxsiyyətin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işlərin mahiyyətinin gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıblar.
Bildirilib ki, Sovetlər Birliyi dağıldıqdan sonra özünəməxsus geosiyasi mövqeyinə görə böyük dövlətlərin diqqət mərkəzində olan Azərbaycan adlı bir ölkədə birtərəfli xarici siyasət həyata keçirmək mümkün deyildi. Lakin ulu öndərin balanslaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasəti sayəsində Azərbaycan o dövrdə yaranmış gərgin siyasi vəziyyətdən çıxa bilib. Həmçinin çıxışlarda Ümummilli liderin səfər etdiyi ölkələrin bir çoxunun hazırda Azərbaycanın strateji tərəfdaşları olduğu vurğulanıb.
Tədbirin sonunda kitabın müəllifi, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli tədbir iştirakçılarına "Heydər Əliyevin həyatının 100 anı" kitabının rus dilində çap olunmuş nüsxələrini hədiyyə edib.
Sankt-Peterburq şəhərində Sankt-Peterburq şəhərində Sankt-Peterburq şəhərində Sankt-Peterburq şəhərində Sankt-Peterburq şəhərində Sankt-Peterburq şəhərində Sankt-Peterburq şəhərində Sankt-Peterburq şəhərində Sankt-Peterburq şəhərində Sankt-Peterburq şəhərində Sankt-Peterburq şəhərində / azxeber.com

Sosial       Tarix: 24 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Şəhid anası vəfat etdi - Foto

Gəncədə Şəhid Ceyhun İsmayılovun anası vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 66 yaşlı Türanə Bayramova bir müddət öncə səhətində yaranan problemlə bağlı həyatını itirib. Mərhum İmamzadə qəbristanlığınd

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manat

Nərimanovda evdən 70 min manatlıq qızıl oğurlandı

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb. xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarını

Gürcüstanda oxumaq üçün qaydalar dəyişir

Gürcüstan hökuməti ölkə universitetlərinə xarici vətəndaşların qəbulu üçün kvota tətbiq edəcək və təhsil prosedurlarını müəyyən edəcək. "Sputnik Georgia"ya istinadən xəbər verir ki, hazırda Gürcüstan parlament

Anonim hesabla təhqir yazanlar belə tapılır - AÇIQLAMA

Sosial şəbəkələrdə anonim hesabların artması ilə birlikdə təhqir və böhtan xarakterli paylaşımlar da daha geniş yayılmağa başlayıb. İstifadəçilər çox vaxt kimliyini gizlədərək digər şəxslərə qarşı təhqiramiz ifadələr işlədir

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

Gömrük rüsumlarından azad edlən malların əhatə dairəsi genişlənir. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında"

Xərçəng riskini azaldırmış... - Bu meyvə haqqında bilmədiklərimiz

Antioksidantlar və C vitamini ilə zəngin olan alça immuniteti gücləndirir, iltihab əleyhinə təsir göstərir. Bu qidalı meyvə aşağıdakı xəstəliklərdən qoruyur: . Ürək-damar xəstəlikləri: Xolesterolu tənzimləyir, damar tıxanıqlığını

Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Qey

Məhərrəmlikdə musiqiyə din necə baxır? - İlahiyyatçı açıqladı

Məhərrəmlik ayı yaxınlaşdıqca cəmiyyətdə dini mövzular ətrafında müzakirələr də artır. Xüsusilə yas və matəm günlərində musiqiyə qulaq asmağın din baxımından necə qiymətləndirilməsi ilə bağlı fərqli fikirlər səsləndirilir


yeni xeberler azerbaycan xeberleri son xeberler metbuat xeberleri son xeberler bugun 2026 azerbaycan cəbhədən son xəbərlər hava proqnozu