Saqqal borcu

Saqqal borcuƏfsələddin Ağalarov
II YAZI (I HİSSƏ - Ləyaqətli kişi obrazı - Əfsələddin Ağalarov yazır... )
Bu coğrafiyada kişi olmaq çətindir.
Bizdə əsasən kişilər qadınlardan tez ölür.
Azərbaycan qadını isə elə bilir ki, kişi elə qadından tez ölməlidir. Düşünür ki, dünyanın hər yerində bu belədir. Məsələn, Finlandiyada bu belə deyil, elə Yaponiyada da.
Çoxu da qəflətən, bəlkə də elə ən sevincli günündə ürəktutmadan ölür.
***
İllər öncə intihar edən bir adamın yasına getmişdim.
Tanış-biliş danışdı: Borcu varmış, özü də boğazınacan. Aldadıblar – "yaxşı olacaq" deyiblər. Bu gün, sabah, biri gün… Amma heç vaxt yaxşı olmayıb. Dərdini heç kimə deməyib – 30 il eyni yastığa baş qoyduğu həyat yoldaşına belə. Geriyə də bircə kağız parçası buraxıb: "Heç kim günahkar deyil!"
***
Mənim bildiyim belədir: dünyanın heç bir yerində kişilərin bir-birinə "saqqal borcu" olmaz.
Yaxşı yadımdadır. Qapısını açmaq istəyəndə qulpu əlimdə qalmışdı. İçəri girib üzrxahlıq elədim. Qulpu uzadanda gülümsədi, götürüb ayağının altına tulladı.
– Çəkənsən?
Söhbətimiz maraqlı alındı. Nimdaş geyimi ilə köhnə "Renault"un içində bəy balasına oxşayırdı. Buranın ağası da, paşası da, naziri də, deputatı da oydu. Elə bil maşının hər detalı onunla doğmalaşmışdı. Ön şüşədə qurumuş quş nəcisi məni ondan daha çox narahat edirdi. O isə əsas yolu görürdü, vəssəlam.
Yoldan keçən YPX maşınını görəndə kəməri sinəsinə çəkir, yanından ötəndən sonra var gücü ilə buraxırdı. Halbuki kəməri normal taxsa, özü də rahat olardı. Etmirdi, heç vaxt da etməyəcəkdi.
Üzünü qaşıya-qaşıya:
– Saqqal saxlayan deyiləm, zəhləm gedir. Amma qonşuya borcum var.
– Nə borcu?
– Saqqal borcu. Biz eyni məhlədə böyümüşük. Atam öləndə samovarı ona tapşırdım. Kişi adamdı, gələn qonağa "dovşan qanı" çay verdi. Sonra 40 gün atama görə saqqal saxladı. Dedi əmimdi, saxlamalıyam. İndi onun atası haqq dünyasındadır. Mən də 30 gündür saxlayıram. Qaşındırır, dibi də səpir. Amma borcdur, özü də "saqqal borcu"…
Qlobusu götür, hansı tərəfə istəsən fırlat – başqa bir yerdə belə bir nümunə görməzsən.
***
Tanıdığımdı. Yaşı da, gördüyü həyat da az. İşdən evə, evdən işə – vəssalam.
Ağrıdan dizi yerə dəyməsəydi, huşu getməsəydi, xəstəliyini bilməyəcəkdi. Aylardır "mədəm yanır" deyə gəzirmiş. Arada qazlı su içib özünü sakitləşdirirmiş.
Amma ürəkmiş. Özü də lap ağırından.
Ürəyinin üç damarını ayağından götürüb tikdilər.
Bilməyəcəkdi… Dizi yerə dəyməsəydi, heç onu da bilməyəcəkdi.
***
Çətindir. Bu coğrafiyada ildən-ilə kişi olmaq daha da çətinləşir. Məsələn, sən saxtakar, sözdaşıyan, başqasına zərər vuran biri deyilsənsə ayaq saxla. Yaxınlaş, həqiqəti eşit: İŞİN ÇƏTİNDİR.
Bu barədə "III YAZI"da… / azxeber.com

Sosial       Tarix: 29 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


azerbaycan xeberleri son xeberler yeni xeberler dunya xeberleri kriminal son xeberler bugun 2026 azerbaycan valyuta məzənnələri