Sarkisyan: "Zəfərə mane ola bilmirdik - Onlar Şuşaya sanki Həcc ziyarətinə gəlmişdilər"

Sarkisyan: İstintaq komissiyasının iclasında Nikol Paşinyan bir daha iddia etdi ki, döyüşlər noyabrın 8-nə kimi dayanmayıb. Onun sözlərinə görə, Şuşanı saxlamaq üçün hər şey edilib və buna görə də müharibəni dayandırmaq qeyri-mümkün idi.
KONKRET.azxəbər verir ki, separatçı Artsvik Sarkisyan Şuşa döyüşləri ilə bağlı eksklüziv təfərrüatları açıqlayıb.
Onun sözlərinə görə, Azərbaycan Ordusu sürətlə irəliləyərək Hadruta çatmışdı. Ermənistan Silahlı Qüvvələrinin əsas döyüş vəzifələrindən biri Hadrutu əldən verməmək olub. Amma hər şey onlar istədiyi kimi alınmayıb. Hadrut təslim olmağa başlayanda Azərbaycan Ordusu Şuşaya yaxınlaşıb və noyabrın 4-dən yavaş-yavaş şəhərə daxil olub.
A.Sarkisyan daha sonra bildirib: "Hələ indiyə qədər sirr olaraq qalır ki, azərbaycanlılar Şuşaya necə daxil ola bildi. Çox maraqlıdır ki, Azzərbaycan Ordusu bizim arxa tərəfimizə keçməyi bacarmışdı və ordumuz geri çəkilmişdi. Bu günə qədər bu sualların cavabı tapılmır.
Müəmmalı tapşırıqlar gəlirdi. Həmin tapşırıqlara görə ordumuz döyüşmək əvəzinə geri çəkilirdi. Qoşunlar geri çəkildikdən dərhal sonra düşmənin texnikası gəlib qoşunlarımızın yerində dayandı və güclü atəş nöqtələri yaratdılar. Biz gözlədik ki, əlavə qüvvələr köməyə gələcək. Və biz bu kömək nəticəsində azərbaycanlıların onurğasını qırıb irəliləyə biləcəyik. Gözləyirdik, amma təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı. Əksinə, noyabrın 5-də də silsilədə artilleriya yerləşdirilməli idi. Amma mərmilər var idi, artilleriya isə yox. Baxdım ki, azərbaycanlılar sanki Həcc ziyarətinə gəlmişdilər. Biz onların zəfərini əngəlləyə bilmirdik. Çünki Hadrut adlı qalanı da təslim etmişdik. Onların qabağını necə almaq olardı ki!!!
Baxmayaraq ki, ordumuza müxtəlif rabitə formaları verilmişdi ki, artilleriya konkret istiqamətlərdə işləsin. Amma nədənsə bunu etmədilər. Həmin yerlərdən düşmən sakit və maneəsiz magistral yola çıxmışdı.
Arayik Arutyunyan da fəal şəkildə hərbi əməliyyatlarda iştirak edirdi, amma ola bilsin ki, o da aldanıb, ona təqdim olunan xəbərlər də yalan imiş. Konkret olaraq noyabrın 4-dən 5-nə keçən gecə nə baş verdiyini öyrənmək üçün Şuşa gələn Seyran Ohanyan sığınacağa bildirib ki, vəziyyət dözülməzdir, bədbəxtlik baş verib artıq. Amma buna baxmayaraq, yalandan İrəvana məlumatlar ötürülürdü ki, vəziyyətin yaxşıdır. Bu xəbərləri vermək cinayət idi. Çünki məğlub olmağımızın bir səbəbi də arxayınlıq yaratmaq oldu".
Sevinc Paşayeva,
KONKRET.az

Siyasi       Tarix: 21 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən ən son xəbər son xeber az cəbhədən son xəbərlər 2026 hava haqqinda