Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistan Prezidenti seçildi
Oktyabrın 24-də keçirilən prezident seçkilərində Liberal-Demokrat Partiyasından indiki dövlət başçısı Şavkat Mirziyoyev seçicilərin 80,1 faizinin səsini qazanaraq qələbə çalıb.
Publika.az xəbər verir ki, bu haqda Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev Daşkənddə keçirilən mətbuat konfransında məlumat verib. O deyib ki, seçkilərdə səs hüququ olan 19,86 milyon seçicinin 16,36 milyonu iştirak edib ki, bu da seçicilərin 80,8 faizi deməkdir.
Prezident kreslosu uğrunda mübarizə aparan Xalq-Demokratik Partiyasından Maqsuda Varisova səslərin 6,6 faizini toplayaraq ikinci, "Milli Dirçəliş" Demokratik Partiyasından Əlişir Kadırov 5,5 səslə üçüncü yerdədirlər. Ekoloji Partiyadan Narzulla Oblomuradov 4,1 faiz, "Ədalət" Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov 3,4 faiz səs toplayıb.
Azərbaycan Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə parlament nümayəndə heyəti seçkilərdə müşahidəçi kimi iştirak edib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Cavanşir Paşazadə və Aydın Mirzəzadə MDB PA-nın xətti ilə, deputat Ağalar Vəliyev isə TÜRKPA-nın xətti ilə müşahidəçilər arasında olublar.
Xatırladaq ki, Özbəkistanda son prezident seçkiləri 2016-ci ilin dekabrında keçirilib və Şavkat Mirziyoyev seçicilərin 88.61 faizinin səsini toplayıb.
Özbəkistanda Prezident 5 il müddətinə seçilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək