Saxta pensiya düzəldən vəzifəli şəxslərə cinayət işi açıldı - DETALLAR
Göygöl rayon sakininə saxta əlillik dərəcəsi təyin edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.
KONKRET.azxəbər verir ki, bu barədə Göygöl rayon prokurorluğu məlumat yayıb.
Göygöl rayon sakini Murad Məhərrəmova qanunsuz yolla əlillik təyin olunması ilə bağlı daxil olmuş vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı Murad Məhərrəmovun "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu"nda stasionar və ambulator müalicə olunmadığı halda, guya 19.05.2016-cı il tarixdən 11.07.2016-cı il tarixədək "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu"nda stasionar müalicədə olmasını göstərən xəstəlik tarixindən saxta çıxarışı Goranboy Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasına təqdim etməsinə, qeyd olunan tibb müəssisəsinin həkim məsləhət komissiyasının, eləcə də 24 saylı Goranboy Tibbi-Sosial Ekspert Komissiyasının həmin vaxt çalışan vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Murad Məhərrəmova qanunsuz əlillik dərəcəsi təyin etmək məqsədilə müvafiq tibbi sənədləri mərkəzləşdirilmiş informasiya sisteminə daxil etməsinə və nəticədə vətəndaşa 05.10.2016-cı il tarixdən 31.10.2021-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən 17 min manatdan artıq pensiya ödənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi