"Saxtadır, yalan danışır, özünü mələk kimi göstərir" Damla
Müğənni Damla bir neçə aydan sonra mayın 27-də Rusiyadan Bakıya qayıda bilib.
Open.az xəbər verir ki, sənətçi karantində cəmi 1 həftə saxlanılıb. Ötən gün "5/5" verilişində qonaq olan Damla bunları deyib:
"Həyatımda yaşadığım heç nəyə görə peşman olmuram. Martda getdim. Qismətdə var idisə, yaşadıq. İlk ay ümidlə yaşayırdım ki, bu hal bitəcək, sərhədlər açılacaq. May girəndə isə səbrimi cilovlaya bilmədim. Oğlum burada idi, ağlayırdım. Əvvəl oteldə qaldıq, sonra bir gün Rəqsanəgildə qaldıq. Sonra ev tutduq və kirayə yaşadıq. Eşitdim Dərbənd tərəfdən Azərbaycana keçmək olur. Gəldik, amma əvvəl buraxmadılar. Qayıtdıq Mahaçqalaya, orada ev tutduq".
Damla sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən bəhs edib:
"Deyirlər, çox saxtadır, yalan danışır, özünü məsum kimi gözə soxmağa çalışır. Sanki qüsursuzdur, günahsızdır. İnsanlara özünü mələk kimi təqdim edir. Sənət adamlarının çıxışlarını hər zaman izləyirəm. Hansısa bir sənət dostumun xətrinə dəymək, alçaltmaq, təhqir etmək, ələ salmaq, lağa qoymaq, dürüstlükdürsə, səmimiyyətdirsə... Onlar haqda neqativ fikirlər demək və bunu "sözü üzə deyirəm" kimi qələmə vermək səmimiyyətdir? Bunları etmirəmsə, saxtakaram?".
"Şəbnəm Tovuzlu sizlə efirə çıxmaq istəyib, amma razılaşmamısınız" sualına müğənni "Nə deyim. Heç bir sənət dostumla efirə çıxmıram. Dəfələrlə demişəm bunu" cavabını verib. (Axşam.az)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq