Sazişdə Zəngəzur dəhlizi var, nağıl danışmayın – Akopcanyan
Baş nazir Nikol Paşinyandan tutmuş xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyana qədər, Ermənistan rəhbərliyi lap əvvəldən bildirmişdi ki, Zəngəzur dəhlizi layihəsi heç vaxt reallaşmayacaq. Ermənistan xalqı əmin edilirdi ki, bu, heç söhbət mövzusu da ola bilməz. Amma indi Ermənistan ictimaiyyəti başa düşür ki, onu növbəti dəfə aldatdılar. Zəngəzur dəhlizi layihəsi həyata keçiriləcəkdir - bu, artıq dəqiqdir!
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bölüşüb.
Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan ordusunun nailiyyətləri, "artsax" əsgərinin "rəşadəti" haqqında öz xalqına 44 günlük müharibə dövründə nağıllar danışırdı:
"İndi də Zəngəzur dəhlizinin realizə olmayacağı haqqında nagıllar danışılır. Guya bu, yalnız rəsmi Bakının arzusudur və arzu olaraq qalacaq... Bir erməni kimi mən Ermənistan rəhbərliyindən soruşmaq istəyirdim: axı üçtərəfli sazişdə Zəngəzur dəhlizi haqqında yazılıb və bu kağızın altında Paşinyanın imzası durur. Bu, birincisi.
İkincisi, Soçi görüşü bütün "i" hərflərinin üzərində nöqtələri qoydu. Putin bu layihənin əhəmiyyətini açıq şəkildə qeyd etdi.
Ən başlıcası isə Zəngəzur dəhlizi artıq tikinti mərhələsindədir - dəmir yolu layihəsi yaxın zamanlarda istifadəyə veriləcəkdir.
Zəngəzur dəhlizinin layihəsinin reallaşacağını göstərən həddindən çox siqnallar var. Bütün bu ərazilər də Bakının yurisdiksiyasına keçəcək. Onda xalqına bu qədər yalanlar danışan bu adamlar nə edəcəklər? Həmişə olduğu kimi. Hakimiyyətdən bərk-bərk yapışmağa çalışacaqlar".
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək