"Seçki məntəqəsində yalnız bizim veb-kameralar olmalıdır" - Məzahir Pənahov
Seçkilərə start veriləndən sonra müvafiq qurumlarla əməkdaşlıq edirik, seçki məntəqələrinə artıq veb-kameralar quraşdırılıb.
KONKRET.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.
Rövzət Qasımov qeyd edib ki, 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb, texniki tənzimləmə prosesi və tənzimləmə aparılır: "Bu proses də gələn həftə yekunlaşacaq".
MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, orta məktəblərdə seçki məntəqələrində yanğın təhlükəsizliyi kameraları var:
"Seçki zamanı seçki məntəqəsində yalnız bizim veb-kameralar olmalıdır. Ancaq orta məktəblərdə seçki məntəqələrində yanğın təhlükəsizliyi kameraları var. Biz orada MSK-nın veb-kameralarından başqa heç bir kamera olmasını istəmirik. Burada bir məsələ də ortaya çıxır. Yanğın baş verəndə bəs necə olsun? Ona görə hesab edirəm ki, məktəbdə səsvermənin olacağı yerdə yanğın təhlükəsizliyi kamerasını çıxarmaq olar.
Bir gün üçün belə riskə getmək olar, səsvermə kiçik bir otaqda olur. Səsvermə keçirilən məntəqə otaqlarında veb-kameradan başqa heç nə olmamalıdır. Çünki beynəlxalq təşkilatlar da seçki məntəqələrində bəzən yanğın təhlükəsizliyi kameralarının olmasını bizə irad tuturlar".
Turlar.az [newsid: 0-123300]

Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı