"Seçkilərdə İlham Əliyevə alternativ yoxdur" - Lalə Şövkət

"Növbədənkənar prezident seçkilərində bu gün İlham Əliyevə alternativ yoxdur".
KONKRET.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında tanınmış siyasətçi, ləğv edilmiş Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət bildirib.
"Mən həmişə qaraya qara, ağa ağ demişəm. Qarabağın azad olunması İlham Əliyevin böyük tarixi nailiyyətidir. Bunu heç kim dana bilməz. Ələlxüsus, Şuşanın azad olunması hər bir azərbaycanlının əlçatmaz və ən böyük arzusu idi. Şuşanın hər birimiz üçün mistik əhəmiyyəti var. Azərbaycan Qarabağsız, Şuşasız tam canlı ola bilməzdi. Bu çox çətin işi İlham Əliyev milləti səfərbər edərək həll etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Onların ruhu daim bizimlə olacaq. Bu məsələnin həllinin hərbi, xüsusən də geosiyasi razılıq baxımından nə qədər müşkül olduğunu mən bir siyasətçi kimi yaxşı bilirəm. Bu labirintdən Azərbaycan məharətlə çıxdı. Bu da sözsüz ki, İlham Əliyevin böyük diplomatik uğurudur", – deyə Lalə Şövkət vurğulayıb.
O, hazırda ölkəni təhlükədən qorumağın olduqca böyük məsuliyyət tələb etdiyini bildirib:
"Amma bununla bərabər Azərbaycanın daxili siyasətində problemlər çoxdur. Onların arasında təxirəsalınmaz məsələlər də var. İstərdim ki, bunlar da tezliklə həll olunsun. İndiki ədalətsiz, qəddar, alovlanan dünyada ölkəni hər təhlükədən qorumaq böyük məsuliyyət və məharət tələb edir. Ona görə də, biz millət olaraq hər şeyə hazır olmalıyıq. Sayıq və ehtiyatlı davranmalıyıq. Bu bizim hər birimizdən asılıdır".
Xatırladaq ki, Lalə Şövkət 1993-cü il də iyulun 7-də Azərbaycanın dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk dəfə Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. Lakin bundan imtina edib.
3 iyun 1995-ci ildə Lalə Şövkətin rəhbərliyi ilə Azərbaycan Liberal Partiyasının təsis konfransı keçirlib. Təsis konfransında Lalə Şövkət ALP-nin sədri seçilib. 7 iyun 2003-də partiya sədrliyindən istefa verib.
Azərbaycan Liberal Partiyası 24 iyun 2023-cü ildə özünü buraxdığını elan edib.

Siyasi       Tarix: 23 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber qarabag axsam.az xeberler iqtisadiyyat xeberleri bugun