Seçkilərdən sonra bu şəxslər vəzifələrini itirə bilərlər - AÇIQLAMA
Məlum olduğu kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı isə 7-dir.
Həmin şəxslər isə Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.
Qeyd edək ki, ölkədə hər prezident seçkisindən sonra qismən də olsa hökumətdə dəyişikliklər baş verir.
Maraqlıdır, qarşıdakı seçkilərdən sonra hansısa kadr dəyişikliyi ola bilərmi? Eyni zamanda hansısa nazirlik və digər dövlət qurumlarının birləşdirilməsi, struktur dəyişiklikləri mümkündürmü?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, bunlar hamısı dövlət başçısının səlahiyyətində olan məsələlərdir.
"Əlbəttə, prezident seçiləndən sonra yeni seçilmiş prezident hökuməti konstitusiya ilə buraxılmalıdır, Baş nazir təyin etməlidir. Ondan sonra da hökumətin üzvlərini təyin edir. Ona görə də ola bilər dəyişikliklər olsun. Bu, istisna olunmur. O cümlədən hansısa nazirliyi birləşdirməyi və sair. O da yenə cənab Prezidentin səlahiyyətidir. Ümumiyyətlə, seçkilərdən sonra bizim gözləntilərimiz çoxdur. Dünən də cənab Prezident televiziya jurnalistləri ilə çıxışında bunları qeyd etdi ki, sentyabrdan bu günə yeni bir dövr başlayıb. Ona görə də bu dövrdə Azərbaycan üçün müsbət çox hadisələr ola bilər. O cümlədən ola bilər ki, struktur dəyişiklikləri olsun, kimlərsə vəzifəsini itirsin, kimlərsə qalsın və sair. Yenə deyirəm, bunlar hamısı dövlət başçısının səlahiyyətində olan məsələlərdir. Amma gözləntilər var", – deyə deputat qeyd etdi.

Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı