"Səda TV" internet kanalının rəhbəri həbs edildi
"Səda TV" internet kanalının rəhbəri həbs edilib.
azxeber.com bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.
Baş Prokurorluğun İstintaq idarəsində Əvəz Zeynalov və Elçin Sadıqovun təqsirləndirilmələrinə dair cinayət işi üzrə aparılan istintaq gedişində "Səda TV" MMC-nin direktor müavini olmaqla eyniadlı internet kanalının faktiki rəhbəri Elnur Şükürovun qanunsuz əməlləri ifşa edilib.
İstintaqla Elnur Şükürovun Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 ha torpaq sahəsinin və 168 m2 tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədin əldə edilməsi müqabilində daşınmaz əmlakın alqı-satqısında vasitəçi xidməti göstərən Salman Nəsrullayevdən 50 min manat pul alaraq "Səda TV" internet kanalının imkanlarından istifadə etməklə tələb olunan arayışın verilməsinə dair müvafiq qərarın qəbuluna qanunsuz təsir göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Göstərilənlərə əsasən, sentyabrın 14-də Elnur Şükürov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var