Səfir: "Fransa-Azərbaycan münasibətlərinə yenidən başlamağın vaxtıdır

Səfir: "Fransa-Azərbaycan münasibətlərinə yenidən başlamağın vaxtıdırSəfir: "Fransa-Azərbaycan münasibətlərinə yenidən başlamağın vaxtıdır"
"Fransa Ermənistan və Gürcüstan kimi, Azərbaycanın da hər zaman dostu olub və istisnasız Cənubi Qafqazın bütün dövlətləri ilə sıx münasibətlər qurmaq istəyir".
"Report"un məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Zaxari Qross bildirib.
Onun sözlərinə görə, Azərbaycan kimi, Fransa da dünyəvi, müasir və çoxməzhəbli ölkədir, ateistlər, xristianlar, yəhudilər və müsəlmanlar birlikdə yaşayırlar: "Azərbaycan kimi, Fransa da biomüxtəlifliyin qorunub saxlanması, iqlim dəyişkənliyinə qarşı mübarizə və ümumdünya səhiyyə sahəsində qloballaşmanın əsas çağırışlarına qarşı çıxmaq üçün multikulturalizmə ümid bəsləyir. Bütün mövzular üzrə 2021-ci ildə də Azərbaycanın səsinin açıq və tərəfdaşlıq şəraitində eşidilməsini arzulayıram. Çünki ölkənizin qaz və neft istehsalçısı ölkəsi kimi öhdəliyi var, Xəzər dənizindən Qafqaz dağlarına qədər olan təbiətə görə cavabdehsiniz, çünki ölkəniz hazırda Qoşulmama Hərəkatına sədrlik edir".
Z.Qross deyib ki, iki ölkənin sələflərimiz tərəfindən başlanılmış işi davam etdirmək öhdəliyi var: "Azərbaycan 1918-ci ildə müstəqillik qazananda Fransanın yanında olub. Prezident Fransua Mitteran 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət başçıları sırasında idi. Bu yaxınlarda 600 azərbaycanlı tələbəni bakalavrdan magistr dərəcəsinə qədər hazırlayan Fransa-Azərbaycan Universiteti (UFAZ) və eyni zamanda Ağ Şəhərin mərkəzində hamı üçün açıq, dinamik və müasir olan və keyfiyyətli tədris bəxş edən Bakı Fransız Liseyi kimi birlikdə böyük layihələr həyata keçirdik. Bu səbəbdən münasibətlərimizə mane olan son gərginlik məni qane etmir. Onları geridə qoymalıyıq. Bu gün hələ də şübhə edənlər sabah dialoq və əməkdaşlığı yeniləyə bildikləri üçün siyasi liderlərimizə təşəkkür edəcəklər. Arzuladığım fəallaşma təkcə iki ölkələrimiz üçün deyil, həmçinin Avropa və Qafqaz, hər kəs üçün vacibdir. 1957-ci ildən etibarən Fransa bütün gücünü və əqidəsini Avropa layihəsinə sərf edib və bundan məmnundur, çünki Avropa İttifaqı parlaq tarixi uğur qazanıb. Bu səbəbdən Fransanın Azərbaycandakı səfiri kimi ən əziz istəklərimdən biri də yeni əməkdaşlıq razılaşma ilə Avropa İttifaqı ilə Azərbaycan öz tərəfdaşlıqlarını yeniləsin və möhkəmləndirsin".
"9 noyabr razılaşması Cənubi Qafqazın tarixində yeni səhifə qurmağa imkan verməlidir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin keçən il dekabr ayında Bakıya səfəri həssas siyasi məsələlərlə bağlı dialoqu yenidən qurmaq üçün vacib idi. Bu baxımdan ən təcili olan, humanitar sahədə gözləntiləri qarşılamaqdır. Bundan savayı, bölgənin təcrid olunmamasını və regional iqtisadi inkişafa çalışmalıyıq. Ancaq yenə də iddialı olmalıyıq. Bu gün De Qol və Adenauerın Fransa ilə Almaniya arasında barışıq qurduğu kimi, Azərbaycan ilə Ermənistan arasında bir barışığa nail olmalıyıq". /oxu.az

Siyasi       Tarix: 18 yanvar 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri


son xeberler azerbaycan xeberleri yeni xeberler oxu.az xeberler son xəbər xeberler bugun 2026 valyuta mezennesi