Səfir: 'İmkan olan kimi Ukraynadakı Azərbaycan vətəndaşları təxliyə ediləcək

Səfir: 'İmkan olan kimi Ukraynadakı Azərbaycan vətəndaşları təxliyə ediləcək"Hazırda Azərbaycanın Ukraynadfakı səfirliyi tam heyətlə iş başındadır. Şəxsən özüm də iş yerindəyəm."
azxeber.com xəbər verir ki, bunu "Report"un Şəri Avropa bürosuna açıqlamasında Azərbaycanın Ukraynada səfiri Elmira Axundova bildirib.
Səfir deyib ki, vəziyyət tam nəzarət altındadır: "Azərbqaycanın konsulluğu tam gücü ilə işləyir, Azərbaycana getmək istəyən vətəndaşlar müraciət edə bilərlər. Pasportunun vaxtı keçmiş və ya pasportu ilə bağlı digər problemi olanlar da müraciət edə bilərlər. Hazırda Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait öz qaldığı evdən çıxmamaqdır. Çünki bütün yollar bağlanılıb, ölkədən çıxış mümkün deyil. Ölkədə vəziyyət təhlükəlidir. Bizim özümüzün də, yəni diplomatların təxliyəsi hələlik həyata keçirilmir. Əgər təxliyə mümkün olarsa, 3-4 diplomat qalıb işləyəcək, qalan diplomatların ailələri hansı ki, onlar, təqribən, 40 nəfərdir, Ukraynadan çıxarılması yollarını arayırıq. Eyni zamanda, hazırda Azərbaycandan Xarkovda kurs keçən 17 fövqəlada hallar əməkdaşı ilə yanaşı, Ukraynadakı Azərbaycan vətəndaşlarının da təxliyəsini mümkün olan kimi edəcəyik. Amma hələlik bu barədə düşünürük. Çünki hələ məlum deyil, onları hansı yolla ölkədən çıxara bilərik".
E.Axundova səfirliyin 00380735050000 nömrəli qaynar xəttinin işlədiyini xatırladaraq ölkədəki Azərbaycan vətəndaşlarına istənilən aidiyyəti məlumat ilə bağlı müraciət edəcəyini söyləyib.
Səfir eyni zamanda, vətəndaşlara Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün səhər yaydığı müraciətlə tanış olmağa çağırıb.
Qeyd edək ki, bu gün səhər saatlarından Kiyev də daxil olmaqla Ukraynanın Xarkov, Mariopol, Odessa, İvano-Frankovsk vilayətlərində silsilə partlayışlar baş verir. Donbasda isə şiddətli döyüşlər gedir.

Siyasi       Tarix: 25 fevral 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber en son xeberler bu gun hava dunya xeberleri