Səfir: "Təklif gələrsə, Azərbaycan hökuməti vizadan azadetmə məsələsinə baxa bilər"
"Pandemiyaya baxmayaraq, azərbaycanlı gənclər arasında Polşaya maraq çox böyük olub".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova deyib.
O bildirib ki, pandemiyadan əvvəl Polşada təhsil alan xarici tələbələr arasında azərbaycanlı tələbələr ilk beşlikdə idi.
Turistlərin Azərbaycana səfəri ilə bağlı azərbaycanlı diplomat bildirib ki, asan-viza xarici turistlərin Azərbaycana səfərini asanlaşdırıb: "Elektron viza turistlər üçün yaxşı imkanlar verir. 2014-cü ildə Aİ və Azərbaycan arasında vizaların sadələşdirilməsi ilə bağlı sənəd də imzalanıb. Ancaq təbii ki, turizm sektorundan, səfirliklərdən, geniş seqmentdən təkliflər gələrsə, Azərbaycan hökuməti bu məsələyə baxa bilər. Birtərəfli vizadan azadetmə Azərbaycan hökumətinin səlahiyyətləri çərçivəsində olan məsələdir".
Səfir Qurbanova deyib ki, Polşada tələbələrlə yanaşı, mütəxəssislərin sayı da artır, gənc mütəxəssislər Polşadan iş təklifi alır və ya peşəkarlıqlarını artırmaq üçün bu ölkənin müxtəlif şəhərlərinə səfərlər edirlər: "Bu, mədəni, siyasi dialoqun güclənməsinin, həmçinin xalqlararası münasibətlərin genişlənməsinin nəticəsidir".
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun