Səfirlik: Frənk Pəllonun düzəlişi Azərbaycan-ABŞ tərəfdaşlığına xələl gətirmək yanaşmasını əks etdirir
ABŞ Konqresinin Nümayəndələr Palatasında Təxsisatlar üzrə qanun layihəsi çərçivəsində qəbul olunmuş ermənipərəst konqresmen Frənk Pəllonun düzəlişi, Azərbaycan-Amerika tərəfdaşlığına xələl gətirmək və ABŞ-ın təhlükəsizlik layihələrinə mane olmaq istəyən ermənipərəst qrupların artıq bir neçə ildir ki, müşahidə etdiyimiz yanaşmasını əks etdirir.
Bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında Təxsisatlar qanunvericiliyi çərçivəsində qəbul edilmiş düzəlişlə bağlı "Report"un sualını cavablandırarkən bildirib.
"İlk növbədə qeyd etmək istərdik ki, ABŞ ilə əməkdaşlığımız təhlükəsizlik, o cümlədən terrorçuluq, qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə, mühüm infrastrukturlara qarşı yönələn təhdidlərin cavablandırılması və s. sahələri əhatə etməklə, ABŞ-ın maraqları çərçivəsindədir.
Azərbaycan və ABŞ-ın bu istiqamətlərdə uzunmüddətli məhsuldar əməkdaşlıq tarixçəsi mövcuddur və biz ABŞ proqramları çərçivəsində güclü bir əməkdaşlıq təcrübəsini qurmuşuq.
Azərbaycana yardımı qadağan etməyi hədəfləyən bu cür düzəlişlər 1990-cı illərin əvvəllərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin hərbi işğalını və ölkə əhalisinin etnik təmizləməsini həyata keçirən Ermənistanın təcavüzünün qurbanı olan respublikamıza ABŞ hökumətinin göstərdiyi bütün yardımları qadağan edən "Azadlığa Dəstək" Aktının 907-ci bölməsini xatırladır.
Qeyd etmək istərdik ki, hazırda müvafiq qanunvericiliyin nəzərdən keçirilməsinin ilkin mərhələsidir və ümid edirik ki, qarşıdakı aylarda ABŞ Konqresi ölkənin milli maraqlarına əsaslanan siyasətinin erməni diasporu, lobbi qruplarının girovuna çevrilməsinə imkan verməyəcək", - deyə səfirlikdən bildirilib.
Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Prezident sərəncam imzaladı
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi