"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Futbol dünyasının braziliyalı əfsanəsi Roberto Karlos karyerası ərzində topladığı bütün sərvəti menecerləri və ailəsi ilə bağlı problemlər üzündən itirdiyini açıqlayıb.
KONKRET.az unikal.az-a istinadən xəbər verir ki, Portuqaliyada keçirilən paneldə çıxış edən 53 yaşlı futbolçu karyerasını başa vurduqdan sonra başına gələn hadisələrdən danışıb.
Karyerası boyunca xeyli sərvət toplamağı hədəfləsə də, səhv insanlara etibar etdiyini bildirən Roberto Karlos, "Hesabımda heç nə qoymayan insanlarla problemlərim var idi. Futbolda qazandığım hər şeyin 99%-ni menecerlerim və ailə problemlərim üzündən itirdim. Səhvlər etdim, ona görə də gənclərə eyni səhvləri etməmələrini deyirəm" , – deyib.
Keçmiş braziliyalı futbolçu həyatında dönüş nöqtəsi olan gecəni və hər şeyini itirdiyini ətraflı şəkildə izah edib:
"Keçmiş menecerimlə və ailəmlə çox ciddi problemim var idi. Cümə axşamı gecəsi saat 1 radələrində yatdım. Cümə günü, hətta varlığından xəbərsiz olduğum bir yığın sənəd əlimə gəldi. Bu sənədlər mənim müflisləşmə bayrağım idi. Məni aldadıb pulumu aldılar. Elə o zaman bütün keçmişimi və pulumu itirdim".
Karlos bildirib ki, sahib olduğu hər şeyi itirdikdən sonra çətin bir bərpa prosesindən keçib, lakin iki yaxın dostunun dəstəyi sayəsində maliyyə və ailə həyatını tədricən yoluna qoymağı bacarıb.

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü