Şəhərdə üsyan çıxdı: 2 sülhhməramlı əsgəri öldürdülər
Mərkəzi Afrika Respublikasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı kontingentinin 2 əsgəri öldürülüb.
Publika.az xəbər verir ki, hadisə ölkənin cənub-şərqində yerləşən Banqassou şəhəri yaxınlığında üsyançıların hücumu nəticəsində olub.
Banqassou deputatı Serge Sinqa Beqba mətbuata açıqlamasında Dəyişiklik üçün Vətənpərvərlər Koalisiyası (CPC) adlı üsyançı qruplaşma ilə sülhməramlılar arasında münaqişə yarandığını təsdiqləyib.
Ölənlərdən birinin qabonlu, digərinin mərakeşli olduğu bildirilib.
Qeyd edək ki, üsyançı qrup 2 həftə əvvəl Banqassou şəhərinin nəzarətini ələ keçirmiş, ötən gün şəhərin nəzarəti təhlükəsizlik qüvvələrinə geri qaytarılmışdı.
Zümrüd
f Paylaş
Kurslar.az kurslar [newsid: 0-123300]