Şəhid hakimə görə ermənilərə ittiham verildi

Şəhid hakimə görə ermənilərə ittiham verildiBirinci Qarabağ döyüşlərində şəhid olan məhkəmə hakimi Məhərrəm Məmmədov Qarabağda qondarma separatçı rejimin "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində cinayət işinin istintaqında zərərçəkmiş şəxs qismində tanınıb.
"Qanunla.az"ın  "DogruXeber.az"dan  əldə etdiyi məlumata görə, Məhərrəm Məmmədov 1987-ci il tarixdən etibarən Zərdab Rayon Xalq Məhkəməsinin sədri vəzifəsində çalışıb.
O, tez-tez döyüş bölgələrinə baş çəkib, hərbiçilərin vəziyyəti ilə maraqlanaraq yardımlar göstərib. Eyni zamanda, onun müharibə veteranı olan iki qardaşı da könüllü şəkildə Qarabağ döyüşlərində iştirak edirdilər.
Belə ki, Məhərrəm Məmmədovun Zərdab rayon polis şöbəsinin rəis müavini Milli Qəhrəmanı Şahlar Şükürovun cənazəsinin ermənilərdən alınmasında müstəsna rolu olub.
1993-cü ilin avqust ayında Cəbrayıl rayonun bir çox yaşayış məntəqələrinin işğal olunması təhlükəsi yarandığı üçün həmin vaxt Məhərrəm Məmmədov Cəbrayıl rayonunda ziyalıları ilə bir araya gələrək, rayonun müdafiəsini təşkil etməyə və işğalın qarşısın almağa çalışırdılar.
Bütün səylərə baxmayaraq, rayonun mərkəzi və bir çox kəndləri işğala məruz qaldığı üçün qadınları, uşaqları və qocaları döyüş bölgəsindən təhlükəsiz zonaya daşınması məqsədilə avtomobillər təşkil etmişdi.
Bir çox insanların həyatını xilas etməyə çalışan şəhid hakim Məhərrəm Məmmədov öz həyatını xilas edə bilməyib.
Digər əldə etdiyi məlumata görə, şəhid hakim Məhərrəm Məmmədov Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədovun atasıdır.
Qeyd olunanlarla bağlı mərhumun oğlu vəkil Adəm Məmmədovla əlaqə saxlanıldıqda o, müvafiq istintaq hərəkətlərinin aparıldığını və zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınaraq dindirildiyini təsdiqləyib.
Onun sözlərinə görə, cinayət işi materialları əsasında artıq onlara ittiham elan edilib və cinayət işi hazırda Baş Prokuror Kamran Əliyevin xüsusi nəzarətindədir:
"Zərdab Rayon Məhkəməsinin sədri mərhum atam Məmmədov Məhərrəm Fehruz oğlunun 24 avust 1993-cü il tarixdə Füzuli rayonunun I Mahmudlu kəndi yaxınlığında, "Kültəpə" deyilən yerdə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı başlanmış cinayət işi Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Arkadi Qukasyan, Bako Saakyan, "Daşnakasutyun" partiyasının "Qarabağ təmsilçisi" və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan, Qarabağda separatçıların keçmiş "prezidenti" Araik Arutyunyan, Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri" vəzifəsində çalışmış Lyova Henrixi Mnatsakanyana ittiham elan edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib".
Vəkil qeyd edib ki, müvafiq istintaq hərəkətləri aparılmış və zəruri materiallar toplanmaqla ermənlərin əməlindəki cinayət tərkibinin (terror, müharibə cinayətləri və qanunsuz silahlı birləşmə) olması faktı öz təsdiqini tapıb.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.  / azxeber.com

Sosial       Tarix: 12 mart 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes cəbhədən şad xəbər idman xeberleri son xeber 2026