Şəhid qardaşı: 'Vikipediya'dan şəhid məqalələrini silənlər vətən xaininin dostlarıdır

Şəhid qardaşı: 'Vikipediya'dan şəhid məqalələrini silənlər vətən xaininin dostlarıdır"Vikipediya"dan şəhid məlumatlarının silinməsi ilə bağlı məlumatı alandan etibarən bu məsələ ilə bağlı araşdırmalara başlamışam. Məlum olub ki, bir günün içində minlərlə şəhidin məqaləsi "Vikipediya"dan silinib. Bunu silənlər isə bir qrup azərbaycanlı gəncdir".
Bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib.
Onun sözlərinə görə, həmin gənclər "Vikipediya"da qruplaşma yaradıb və şəhid məqalələrinin silinməsini 2020-ci ildən etibarən dəfələrlə müzakirəyə çıxarıblar:
"Lakin onların arasında olan bir neçə vətənpərvər vikipediyaçı gənc buna mane olub. Amma onlar daha sonra həmin vətənpərvər gəncləri də sıradan çıxarıb, öz qruplaşmaları ilə birgə bu mövzunu yenidən gündəmə gətiriblər. Nəticədə 3000 şəhidin məqaləsi "Vikipediya"dan silinib".
"Bu gənclərin kim olduqlarını araşdıranda, həmin gənclərin zaman-zaman dövlətə xəyanət etdiyi, Ali Baş Komandana qarşı çıxdığı aydın şəkildə görünür. Həmin şəxslər bir neçə gün bundan əvvəl düşmənin xüsusi xidmət orqanlarına məlumatlar ötürməkdə ittiham olunan, dövlətə xəyanət edən Bəhruz Səmədovun yaxın dostlarıdır. Şəhid ailələri olaraq düşünürük ki, həmin vikipediyaçı gənclər şəhid məqalələrini "Vikipediya"dan silməklə dövlətə və şəhid ailələrinə qarşı hörmətsizlik ediblər. Bu gənclərin ən ağır şəkildə cəzalandırılması üçün şəhid ailələri hüquq mühafizə orqanlarına rəsmi şəkildə müraciət edəcəklər", - deyə müsahibimiz vurğulayıb.
İslamoğlunun sözlərinə görə, bu hadisədən minlərlə şəhid ailəsi məyus olub: "Şəhid anaları isə bu məsələ ilə bağlı həddindən artıq özlərini pis hiss edirlər. Düşünürəm ki, şəhid məqalələrini "Vikipediya"dan silənlər, bununla həm də dövlətə qarşı təxribat törədiblər. Bu şəxslər haqqında araşdırma başladılmalıdır. Onların fəaliyyətləri, xarici ölkələrə gedəndə kiminlə görüşdükləri, eləcə də ölkə daxilində daha hansı təxribatları törətmək planlarının olduğu araşdırılmalıdır. Ölkəmizdə keçiriləcək COP29 ərəfəsi və hazırda ölkəmizdə keçirilən "Formula-1" yarışları zamanı, eləcə də məhz düşmənin məhv edildiyi sentyabr ayında şəhid məqalələrinin silinməsi cəmiyyətdə çaşqınlıq yaratmaq, şəhid ailələri ilə dövləti üz-üzə qoymağa hesablanıb. Ona görə də aidiyyəti qurumlardan bu məsələnin ciddi şəkildə araşdırılmasını, həmin şəxslərin isə cəzalandırılmasını tələb edirik".
"Mənim qardaşım şəhid mayor Vüsal Vəliyev Vətən müharibəsi zamanı Şuşada şəhid olub. 1 ordeni, 7 medalı var. Haqqında kitab çap olunub. Barəsində "YouTube" və "Google" platformalarında yüzlərlə məqalə və filmlər var. Onun xatirəsini əbədiləşdirmək üçün xatirə bulağı inşa edilib. Amma bütün bu məlumatlara baxmayaraq, qardaşımın da məqaləsi "Vikipediya"dan silinib. Eləcə də, qardaşım kimi yüzlərlə, minlərlə qəhrəmanlıq göstərən, orden və medalları olan, adları küçələrə, məktəblərə verilən, xatirələrinə bulaqlar inşa edilən, haqqında kitablar, məqalələr hazırlanan digər şəhidlərin də məqalələri bir anda "Vikipediya"dan silinib", - deyə müsahibimiz əlavə edib. / azxeber.com

Sosial       Tarix: 14 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri oxu.az xeberler son.xeberler son xeberler bugun 2026 canli