Səhiyyə Nazirliyindən tələbələrə - Müraciət

Səhiyyə Nazirliyindən tələbələrə - MüraciətÖlkə daxilində və xaricdə yerləşən ali və orta ixtisas tibb təhsili müəssisələrində təhsil alan tələbələrin ixtisasları üzrə digər təhsil müəssisəsinə köçürülməsi məsələləri ilə bağlı müraciətlər müvafiq sənədlərlə birgə 1 iyul 2022-ci il tarixinə kimi Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinə təqdim olunmalıdır.
Bu barədə azxeber.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tələbələrin köçürülməsi ilə bağlı Azərbaycan Təhsil Nazirliyinin rəsmi internet səhifəsində www.transfer.edu.az portalında tətil dövründə müəyyən edilmiş müddətdə qeydiyyatdan keçmək və sənədləri elektron formada təqdim etmək üçün elan yerləşdiriləcək.
Müəyyən ediləcək müddətdə www.transfer.edu.az portalına elektron ərizə ilə müraciət edilmədiyi halda köçürülmə məsələsinə baxılması mümkün olmayacaq
Tələbələrin ali və orta təhsil müəssisələrinə köçürülməsi ilə bağlı tələb olunan sənədlər
Ali tibb təhsili
Orta tibb təhsili
- Ərizə;
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Köçürülmə səbəblərini təsdiq edən sənədlər (səhhəti ilə bağlı arayışlar, ailə qurması haqqında şəhadətnamə və s.);
- Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak etdiyi halda topladığı bal və həmin ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq istiqamət üzrə minimal keçid balı barədə DİM-dən arayış;
- Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd;
- Təhsil haqqı borcunun olmaması;
Xaricdən köçürülənlər üçün əlavə olaraq:
- Ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd;
- Xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər;
Xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün əlavə olaraq:
- Beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər;
Əcnəbi vətəndaşlar üçün əlavə olaraq:
- Azərbaycan Respublikasının vətəndaşlığına mən-subiyyətinin olması barədə Dövlət Miqrasiya Xidmətindən arayış.
- Ərizə;
- Şəxsiyyəti təsdiq edən sənədin surəti;
- Köçürülmə səbəblərini təsdiq edən sənədlər (səhhəti ilə bağlı arayışlar, ailə qurması haqqında şəhadətnamə və s.);
- Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlarda iştirak etdiyi halda topladığı bal və həmin ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq istiqamət üzrə minimal keçid balı barədə təhsil alan müəssəsindən arayış;
- Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd;
- Təhsil haqqı borcunun olmaması.
Xaricdən köçürülənlər üçün əlavə olaraq:
- Xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər;
Əcnəbi vətəndaşlar üçün əlavə olaraq:
- Azərbaycan Respublikasının vətəndaşlığına mən-subiyyətinin olması barədə Dövlət Miqrasiya Xidmətindən arayış.

Sosial       Tarix: 10 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu gun sosial yardim en son xeberler bu gun axsam.az xeberler