Şəkidə fərdi yaşayış evində ailə münaqişəsi, daha sonra yanğın olub
Şəkidə fərdi yaşayış evi yanıb.
APA-nın məlumatına görə, bu gün günorta saat 13 radələrində Şəki şəhəri Fuad Abdurahmanov küçəsində Tofiq Süleymanova məxsus ümumi sahəsi 180 kvadratmetr olan 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğından əvvəl ailə münaqişəsi zəminində ev sahibinin oğlu 1986-cı il təvəllüdlü Seymur Tofiq oğlu Süleymanov baş nahiyəsindən xəsarət alıb. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım briqadasının əməkdaşları S.Süleymanova yerində yardım göstəriblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi