Şəkidə zəncirvari qəza - Yaralılar var
Şəki şəhərində zəncirvari qəza olub.
KONKRET.az-ın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonunun Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkədə olan "Mersedes" ,"KİA" və "CHERY" markalı minik avtomobilləri toqquşub.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri və Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadasının həkimləri cəlb edilib.
Qəza zamanı "Mersedes" markalı avtomobildə olan 1965-ci il təvəllüdlü Tahirə Ataş qızı Atakişiyeva xilasedicilər tərəfindən çıxarılaraq həkim briqadasına təhvil verib. Qəzada daha iki nəfər 1969-cu il təvəllüdlü Sevinc Zakir qızı Sərdarlı və 1993-cü il təvəllüdlü Nərmin Bakir qızı Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki RMX-a yerləşdiriliblər.
Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu