Səkkiz paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərdi

Səkkiz paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərdiBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 8 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.
azxeber.com xəbər verir ki, martın 2-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 91 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Şəhanə Abbasova, "Zəngi" liseyinin şagirdi Nuray Bayramova, 192 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Ülkər Ələkbərova, 68 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Rəhim Fərəczadə, 37 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Mədinə İsmayılzadə, 54 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Gülay Mürvətova, 272 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Sona Nurməmmədli, 295 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Tovuz Seyidova 300 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. 
Yüksək nəticə göstərən abituriyentləri təbrik edir, bütün şagirdlərə uğurlar arzulayırıq.

Sosial       Tarix: 10 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

"Dövlətin vəzifəsi çox cərimə yazmaq yox, təhlükəsiz yol sistemi qurmaqdır" - AÇIQLAMA

"2025-ci ildə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən əldə olunan büdcədənkənar gəlirlər 277,7 milyon manat olub. Bu, cərimə və sanksiyalardan gəlirin 81,7%-i deməkdir. Əgər cərimələr ildən-ilə çoxalırsa

Bu şəxslərin beyni daha gec qocalır - ARAŞDIRMA

Bir neçə xarici dilə yiyələnmək beynin daha uzun müddət gənc qalmasına kömək edə bilər. Bu barədə fizik Dmitri Lapşin beynin bioloji yaşının müəyyən edilməsi ilə bağlı aparılan beynəlxalq araşdırmanın nəticələrinə istinadə

Teleqramda daha bir yenilik

"Telegram"da istifadəçilər üçün daha bir yeni funksiya istifadəyə verilib. Bu barədə şirkət məlumat yayıb. Yeniliyə əsasən, messencerdə mətn redaktorunun imkanları genişləndirilib. Belə ki, istifadəçilər artıq mesajlar

Eviniz plana düşübsə, bunu mütləq bilməlisiniz: Kompensasiya belə hesablanır

"Ölkəmizdə ev plana düşüb sökülürsə, kompensasiya məbləği üç variant üzrə hesablanır. Birinci variantda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən müvafiq komissiya ərazi üzrə araşdırma aparı

Kirayəçi hansı hallarda evdən çıxarıla bilər?

Kirayə münasibətlərində ən çox mübahisə doğuran məsələlərdən biri kirayənişinin hansı hallarda yaşayış yerini tərk etməli olmasıdır. Bəzən ev sahibi kirayəçini istədiyi vaxt mənzildən çıxara biləcəyini düşünsə də, qanunvericili

Bu ərazilərdə işıq olmayacaq

Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə -a "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, iyulun 8-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisind

Gəncədə yas mərasimində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA

İyulun 12-də Gəncə şəhərində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Bu barədə -a agentlikdə

Ana-bala birlikdə məzun oldu - Foto

Bakıda ana və qızı birlikdə universitetdən məzun olublar. xəbər verir ki, bu barədə "Azərbaycan universitetləri" məlumat yayıb. Bildirilib ki, 44 yaşlı Aygün Qasımova 2022-ci ildə ADPU-nun Təhsildə sosial-psixoloj

ƏƏSMN-in rəqəmsal layihəsi beynəlxalq mükafata layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkil etdiyi "WSIS Prizes 2026" beynəlxalq müsabiqəsində növbəti uğura imza atıb. xəbər verir ki, Nazirliyin "Himayəda


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 cəbhədən son xəbərlər 2026 sonxeber sosial yardim