Şəmkirdə 10 yaşlı uşağı traktor vurub öldürdü
Şəmkirdə bədbəxt hadisə baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Keçili kəndində qeydə alınıb.
Kənd sakini, 2014-cü il təvəllüdlü Rəvan Əsgərovu traktor vurub.
O, aldığı xəsarətdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır. / azxeber.com