Şəmkirdə fermadan 8 baş inək oğurlandı
Şəmkirdə inək oğurlayan şəxslər saxlanılıblar.
Bu barədə Open.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 19-da saat 3 radələrində Şəmkir rayonunun Bayramlı kəndi ərazisindəki fermaların birindən 8 baş inəyin oğurlanması barədə DİN-in "102" Zəng Mərkəzinə məlumat daxil olub.
Dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Fermanın gözətçisi izahatında şəxsiyyəti məlum olmayan 4 nəfərin ona hədə-qorxu gələrək inəkləri aparmasını bildirib
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğun Gəncə şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş R.Vəliyev tərəfindən bir qrup şəxslə birgə törədilməsi müəyyən edilib.
Araşdırmalarla o da müəyyən edilib ki, onlar oğurlanan iməkləri Tovuz rayon sakini F.İbrahimova satıb, sonuncu isə heyvanları həmyerlisinə məxsus "QAZel" markalı avtomobilə yükləyib aparıb.
İnəklər tapılaraq sahibinə qaytarılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Vəliyev və qrupun digər üzvləri - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Sinisin və R.Moskalyov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama