Şəmkirdə qayınata evə od vuraraq oğlu və ailəsini yandırıb
Şəmkir rayonunda yerli sakin ailədaxili münaqişə zəminində evini və orada yaşayan ailə üzvlərini yandırıb.
Open.az "Report" a istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Vəli Əkbər oğlu Vəliyev özünə məxsus olan 5 otaqlı evə od vurub. Yanğın zamanı onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nüşabə Yaqubova, 32 yaşlı oğlu Əkbər Vəliyev, gəlini, 32 yaşlı Nərgiz Vəliyev, nəvələri 4 yaşlı Banu Vəliyev və 3 yaşlı Ömər Vəliyev evdə olub.
Yalnız 3 yaşlı Ömər evdən çıxarılıb. Digər ailə üzvləri müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşını və yaxınlarının avtomobilləri ilə öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.
Onlardan üçünün, oğlu, gəlini və nəvəsinin vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndəriliblər.
Ümumi sahəsi 200 kvadratmetr olan 5 otaqlı evin söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürlüb.
Qeyd edək ki, hadisəni törədən şəxs qaçıb. Faktla bağlı araşdırma aparılır.
Xidmetler [newsid: 0-123300]

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU