Sən Vətənə bənzəyirsən" kitabı Heydər Əliyev adına Ali Hərbi İnstitutda təqdim olundu - FOTO

Sən Vətənə bənzəyirsənOktyabrın 19-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutda "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər" layihəsi çərçivəsində hazırladığı "Sən Vətənə bənzəyirsən" kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə 44 günlük Zəfər Savaşında tarix yazaraq şəhadətə yüksəlmiş igidlərimizin, cəmi-şəhidlərin xatirəsi bir dəqiqıəlik sükutla yad edilib.
Tədbirin aparıcı şair Vasif Süleyman giriş sözü ilə çıxış edərək bildirib ki, 2020-ci ilin sentyabr ayının 27-də başlayan və və 44 gün davam edən Zəfər Savaşında  Azərbaycan əsgəri şərəfli bir tarix yazdı. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız sahibinə qayıtdı, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Həmin günlər bütün Azərbaycan Ali Baş Komandanın bir çağırışı ilə səfərbər olmuşdu.
İlk söz Layihənin rəhbəri, tanınmış şair, "DSD" İB-nin sədri, AXDG QSC XDND-nin gəmi kapitanı Faiq Balabəyliyə verildi. O, bildirdi ki, "DSD" İB bundan əvvəl, bu təmayüldə bir neçə kitab hazırlayıb.  Növbəti kitab  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  nəşr olunan "Sən Vətənə bənzəyirsən" kitabıdır ki, "Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər" layihəsi çərçivəsində təqdim olunur. Kitabın tərtibçiləri Faiq Balabəyli, Kəmalə Səfərli, Vasif Süleyman, redaktoru Hüseyn Sözlü, korrektorları Sayalı Vasifqızı və Aytəkin Həmidlidir.
"Sən Vətənə bənzəyirsən" kitabında Azərbaycanın tanınmış qələm adamlarının vətənpərvərlik ruhunda yazılan şeirləri toplanıb. Şeirlərin məzmununun, ideyasının gənc və yeniyetmə nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, bu ruhda yaşamasında, böyüməsində müstəsna rolu var.
Bugünkü təqdimat mərasimində Kitabda şeirləri çap olunan hörmətli şairlərdən bir neçəsi iştirak edir. Çünki müəlliflər də bölünüb, bir neçə belə tədbir olacaq və o biri qələm adamları həmin tədbirlərdə iştirak edəcəklər.
Sonra tədbirdə iştirak edən şairlər Şahin Musaoğlu, Dayandur Sevgin, Damət Salmanoğlu, Aləm Kəngərli çıxış edərək vətənpərvər ruhlu şeirlərini oxudular.
Tədbirin sonunda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutun rektor müavini, Vətən müharibəsinin qəhrəmanı, polkovnik Nizami Mövlamov çıxış edərək təqdimat mərasiminə gələn şairlərə minnətdarlıq etdi və bildirdi ki, belə tədbirlər gənclərin vətənpərvərlik ruhunun artırılmasında böyük rol oynayır.
Sən Vətənə bənzəyirsənSən Vətənə bənzəyirsənSən Vətənə bənzəyirsənSən Vətənə bənzəyirsənSən Vətənə bənzəyirsənSən Vətənə bənzəyirsənSən Vətənə bənzəyirsənSən Vətənə bənzəyirsənSən Vətənə bənzəyirsənSən Vətənə bənzəyirsən/ azxeber.com

Sosial       Tarix: 21 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"


son xeberler azerbaycan xeberleri yeni xeberler xabar az axsam az xeberler cəbhədən son xəbərlər 2026 xankendi