Senatorun erməniəsilli arvadının şübhəli maliyyə əməliyyatları - TƏFƏRRÜAT
Ermənipərəst mövqeyi ilə seçilən ABŞ senatoru Bob Menendesin erməniəsilli arvadı 400 min dollar dəyərində qızıl külçələri nağdlaşdırıb.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, şübhəli maliyyə əməliyyatının təfərrüatlarını "The New York Post" nəşri yayıb.
Nəşr vurğulayıb ki, bu, Menendesin ofisinin Nyu-Cersi ştatının demokratına münasibətdə qarşıdan gələn federal araşdırma ilə bağlı açıq bəyanatı fonunda baş verib.
Məlumata görə, 56 yaşlı Nadin Arslanyan 2022-ci il aprelin 7-dən iyunun 16-dək qızıl satıb. 2020-ci ildə Menendeslə evlənməzdən öncə o, evinin girov qoyulması təhlükəsi ilə üzləşib.
Manhettenin federal prokurorları senatorun və ya onun həyat yoldaşının siyasi loyallıq müqabilində Vaşinqtonda avtomobil və mənzil də daxil olmaqla "dəbdəbəli hədiyyələr" alıb-almadığını müəyyən etmək niyyətindədir. Bu araşdırma senatorla bağlı ikinci araşdırmadır. Bundan öncə senatorun korrupsiya faktlarında iştirakı şübhəsi ilə yoxlamalar aparılıb. Bununla belə, o zaman senator sudan quru çıxmağı bacarıb və uzun sürən istintaq heç bir ittiham olmadan başa çatıb.
Senator olaraq Menendes özünün və ya arvadının 1000 dollardan çox əmlakını bəyan etməlidir.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ