Sənət adamlarınn orucluq təəssüratları: "İnsan olmaq lazımdır" - SORĞU + FOTO

Sənət adamlarınn orucluq təəssüratları: Sənət adamlarınn orucluq təəssüratları: "İnsan olmaq lazımdır" - SORĞU + FOTO
Artıq Ramazan ayının 5-ci günüdür. Müşahidələr göstərir ki, oruc tutanların sayı il boyu ibadət edənlərdən daha çoxdur. Məşhurların oruc tutub-tutmaması hər zaman marağa səbəb olub.
Bəs görəsən, məşhurlar arasında kimlər oruc tutur?
Oxu.Az-ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.
Bəstəkar mahnılarının mahir ifaçısı Əli Mirəliyev ibadət etmədiyini söyləyib:
Sənət adamlarınn orucluq təəssüratları: "Mən elə ilin on iki ayı oruc tuturam. Sözün düzünü desəm, elə daim oruc sayılıram. Günorta yerimdən qalxıram. Şirin çayımı içirəm, vəssalam. Bir də axşam 7-8 arası çörək yeyirəm. Bu hər zaman belə olub. Xaricdə də olanda belə edirəm. Bütün günü ac qalıram. Ona görə də formadayam. Yoxsa bəzi müğənnilər var ki, pencəklərini bağlaya bilmirlər. Lakin mən elə problemlərlə rastlaşmamışam. Heç vaxt mənə kökəlmisən deyilməyib".
Ə.Mirəliyev bəzi xəstəliklər səbəbindən ibadət edə bilmədiyini əlavə edib:
"Bu ayda xüsusi ibadət etmirəm. Yalandan deyə bilmərəm. Özüm seyid olsam da, etmirəm. Məndə bəzi xəstəliklər var. Şəkər xəstəliyindən əziyyət çəkirəm. Buna görə, ibadət edə bilmirəm. İstəsəm də, oruc tuta bilmərəm. Namaz da qılmıram. Səhhətim imkan vermir".
Müğənni Mətanət Əsədova haqq yolunda olduğunu bildirib:
Sənət adamlarınn orucluq təəssüratları: "İlk öncə müsəlman xalqına dözüm və səbir arzulayıram. Allah oruc tutub, namaz qılan müsəlmanlara qüvvət versin. Mən haqqın, Allahın yolundayam. Məni daxilən tanıyan insanlar bilir. Ətrafımda da elə insanlar çoxdur. Mən çox vaxt Allahın evindəyəm".
M.Əsədova sağlamlığının yol vermədiyi üçün bu il oruc tuta bilmədiyini deyib:
"Oruc vaxtı ilə tutmuşam. Sağlamlığım səbəbindən indi tuta bilmədim. Tutmağı düşünürdüm. Orucun insana çox xeyri var. Sağlamlıq cəhətdən də elədir. Dərmanlara görə alınmadı.
İbadəti sidq ürəkdən etmək lazımdır. Rol oynamağa ehtiyac yoxdur. Allaha şəkk gətirməyənlərin yanındayam. Mən yalnız özümə cavabdehəm. Kimisə ibadət etməyə zorlamaq olmaz".
Xalq artisti, aktrisa Naibə Allahverdiyeva heç vaxt oruc tutmadığını söyləyib:
Sənət adamlarınn orucluq təəssüratları: "Ramazan ayı münasibətilə hər kəsi təbrik edirəm. Bütün dualar, niyyətlər Allah tərəfindən qəbul olunsun. Mübarək aydır. Heç vaxt oruc tutmamışam. Bəzi problemlərim var. Heç cür bacarmıram. Mən istərdim ki, tək bu ayda yox, insanlar hər zaman nəfsinə qalib gələ bilsinlər. Bir ay belə olub, sonra başqa cür olmalarına ehtiyac yoxdur".
Aktrisa hər zaman dualar oxuduğunu qeyd edib:
"Çalışıram hər zaman dualar oxuyum, insanlara bacardığım köməyi edim. İnsan hər zaman bunu etməlidir. Tək orucluq ayında yox. Dünya çox fanidir. İnsanlar bu gün var, sabah yoxdur. Ölümlər belə insanı təəccübləndirmir. Biz insanlar gərək yaxşılıq topalayaq. Çünki insan gedəndə özü ilə heç nə aparmır. Bu dünyadan yalnız ad və rəhmət aparır. Allahın nəzəri əskik olmasın. Ən böyük arzum dünyada sülh olmasıdır. Bir can sağlığı, bir də sülh olsun. Başqa heç nə istəmirəm".
Müğənni Yaşar Yusub isə illərdir oruc tutduğunu deyib:
Sənət adamlarınn orucluq təəssüratları: "Artıq 10 ildir ki, namaz qılıram. Ramazan ayının da 5-ci günüdür. Çox şükür ki, işlərimi də edirəm, ibadətimdən də qalmıram. İllərdir belədir. Çalışıram ki, orucumu tutum. Bacardığımız qədər ibadət edirik. Allah bütün ibadətləri qəbul etsin".
Aktrisa Çimnaz Sultanova bildirib ki, il ərzində yaxşılıq etmək lazımdır:
Sənət adamlarınn orucluq təəssüratları: "Oruc tutmuram. İnsan olmaq lazımdır. Bacardığın qədər köməklik etməlisən.. Yaxşılıq, köməklik etmək lazımdır. Ramazana aidiyyəti yoxdur. Təkcə bu ayda yox. İl ərzində qaydalara əməl etmək lazımdır. Allah bu ay hər kəsə ruzi və bərəkət bəxş etsin".
Nəzrin Vahid

Şou Biznes       Tarix: 27 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber saytlari sonxeber.az xankendi cəbhədən son görüntülər