SENSASİYALI GƏLİŞMƏ: İsrail İrana hücum üçün HƏRƏKƏTƏ KEÇDİ - 1,5 MİLYARDLIQ PLAN/VİDEO

SENSASİYALI GƏLİŞMƏ: İsrail İrana hücum üçün HƏRƏKƏTƏ KEÇDİ - 1,5 MİLYARDLIQ PLAN/VİDEOVideo əlavə edilib.

xxx
İsrail hökuməti İranın nüvə obyektlərinə qarşı potensial hücuma hazırlıq üçün 1.5 milyard dollar ayırıb.
Publika.az virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda İsrailin "Channel 12" telekanalı bildirir. Məlumata əsasən, ordunun İrana qarşı potensial hücuma hazırlaşdırılması üçün vəsaitin 1 milyard dolları bu ilin büdcəsindən, 500 milyon dolları isə gələn ilin büdcəsindən xərclənəcək. Vəsait müxtəlif tipli təyyarələrə, pilotsuz uçan aparatlara, kəşfiyyat məlumatlarının toplanılmasına, o cümlədən peyklərlə kəşfiyyatın aparılmasına, nüvə obyektlərinə zərbələrin endirilməsi üçün əlavə vasitələrin və unikal silahların əldə edilməsinə xərclənəcək.
SENSASİYALI GƏLİŞMƏ: İsrail İrana hücum üçün HƏRƏKƏTƏ KEÇDİ - 1,5 MİLYARDLIQ PLAN/VİDEOBu xərclərin noyabr ayında təsdiqlənəcəyi gözlənilir. İsrailin İrana hücum üçün büdcə ayırması xəbəri ABŞ Hərbi Hava Qüvvələrinin GBU-72 "Advanced 5K Penetrator" bunkerdağıdan bombalarının sınaqlarının uğurla başa çatmasını elan etməsindən bir neçə gün sonraya təsadüf edib. 2.5 ton ağırlığındakı bu bomba İranın yeraltı nüvə obyektlərini dağıtmaq üçün nəzərdə tutulur.
Lakin mühüm olanı budur ki, GBU-72 qırıcılarda və ya ağır bombardmançılarda daşınmaq üçündür. İsraildə isə ABŞ-ın arsenalında olan bu ağır bombaları daşımaq üçün vasitələr yoxdur. Daha yüngül olan GBU-28 bunkerdağıdan bombaları 2009-cu ildə gizlicə İsrailə satılıb, amma onlar İranın dağların altında yerləşdirilmiş Fordo nüvə mərkəzini dağıtmaq gücündə deyil.
SENSASİYALI GƏLİŞMƏ: İsrail İrana hücum üçün HƏRƏKƏTƏ KEÇDİ - 1,5 MİLYARDLIQ PLAN/VİDEO"Channel 12" qeyd edir ki, ABŞ Hərbi Hava Qüvvələri Floridadakı bazasında GBU-72 bombasının təxminən 11 min metr hündürlükdən atılmasını reklam etməklə İrana xəbərdarlıq etmək istəyib, ona Vyanada nüvə sövdələşməsinə dair danışıqlara qayıtmaq mesajı verib.
SENSASİYALI GƏLİŞMƏ: İsrail İrana hücum üçün HƏRƏKƏTƏ KEÇDİ - 1,5 MİLYARDLIQ PLAN/VİDEOÖtən ay İsrail silahlı qüvvələrinin Baş qərargah rəisi Aviv Kohavi bəyan etmişdi ki, onun ölkəsi İranın nüvə proqramlarına qarşı fəaliyyət hazırlıqlarını xeyli sürətləndirib. Onun sözlərinə görə, İsrailin müdafiə büdcəsinin əhəmiyyətli hissəsi məhz bu məqsəd üçün nəzərdə tutulub.
Kohavi bu ilin yanvarında bildirmişdi ki, İsrail ordusu İrana güclü zərbələrin endirilməsi üçün "yeni əməliyyat planları" hazırlayır. Avqust ayında isə Baş qərargah rəisi İranın nüvə fəaliyyətini sürətləndirməsinə cavab olaraq İsrail ordusunun öz əməliyyat planlarının yerinə yetirilməsini də sürətləndirildiyini deyib.

Dünya       Tarix: 19 oktyabr 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes cəbhədən canlı maraqlı xəbərlər en sonxeber