Serbiya və Monteneqro arasında qalmaqal - Səfirlər ölkədən çıxarılır
Serbiyanın Monteneqrodakı səfiri Vladimir Bozoviç persona-non-qrata elan edilib və ondan ölkəni tərk etməsi tələb olunub.
Publika.az xəbər verir ki, bu barədə Monteneqro Xarici İşlər Nazirliyi məlumat verib.
Hazırda 31 avqustda keçirilmiş parlament seçkilərinin nəticələrindən sonra Monteneqroda yeni Nazirlər Kabinetinin formalaşması gözlənilir. Xarici İşlər Nazirliyi o zamana qədər Serbiya və Rusiyaya qarşı sərt çıxışları ilə tanınan nazir Srdjan Darmanoviçin rəhbərliyi altında fəaliyyətini davam etdirəcək.
"Monteneqronun daxili işlərinə uzun və ardıcıl müdaxilədən, diplomatik funksiyaların yerinə yetirilməsi üçün adi və qəbul edilmiş standartlara uyğun olmayan davranış və açıqlamalardan sonra, çoxsaylı şifahi və yazılı xəbərdarlıqlardan sonra dünən səfir Bojoviç 1918-ci ildə Podqoritsa şəhərindəki qeyri-leqal və qanunsuz Skupşinanı (Serbiya ilə birliyə səs verən və serblər, xorvatlar və slovenlərin krallığının yaradılmasını elan edən qeyri-qanuni parlament) Monteneqro xalqının "azadlığı" və "azad iradəsi" adlandırıb, bununla da bir daha ona birbaşa diplomatik qonaqpərvərlik göstərən dövləti alçaldıb", - deyə Monteneqro XİN-in məlumatında qeyd olunub.
Əlavə edilib ki, "arzuolunmaz şəxs" elan edilməsi barədə nota şəxsən səfirin özünə və Serbiya Xarici İşlər Nazirliyinə göndəriləcək.
Qeyd edək ki, bundan sonra Serbiya hökuməti də eyni addımı Monteneqro səfirinə qarşı atıb. Serbiya XİN monteneqrolu səfir Tarzan Miloşeviçin ölkəni tərk etməsi üçün 72 saat vaxt verib.
"Xarici İşlər Nazirliyi Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə əsasən, Monteneqronun Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tarzan Miloseviçi şəxsən persona-non-qrata elan etmək qərarına gəlib və onun 72 saat ərzində Serbiya Respublikasının ərazisini tərk etməsi tələb olunur.
Xarici İşlər Nazirliyi qarşılıqlı əlaqə prinsipini rəhbər tutaraq bu qərarı Monteneqro Xarici İşlər Nazirliyinin Serbiya Respublikasının Monteneqrodakı səfiri Vladimir Bojoviçin ölkədən çıxarılmasına 72 saat vaxt verərək, onu "arzuolunmaz şəxs" elan etməsi qərarından sonra qəbul edib", - Serbiya XİN-in saytında yerləşdirilən açıqlamada belə deyilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur