Sergey Slobodçuk: "Nikol Paşinyan xarici dövlətlərin maraqlarına xidmət edir" - ŞƏRH

Sergey Slobodçuk: "Nikol Paşinyan xarici dövlətlərin maraqlarına xidmət edir" - ŞƏRHSergey Slobodçuk: "Nikol Paşinyan xarici dövlətlərin maraqlarına xidmət edir" - ŞƏRH
Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra ölkə xarici təsir altına düşdü. Bu, Rusiyanın deyil, Qərbin təsiri oldu. Xalqın qarşı çıxdığı və Ermənistanın Baş naziri Nikol Paşinyanın təkid etdiyi Amulsar mədəninin açılması ilə bağlı qalmaqallı hadisələr də bunu sübut edir. Belə ki, bir neçə gün əvvəl Yerevanın "Epress" nəşrində Böyük Britaniya və ABŞ-ın Amulsar yatağı məsələsində Ermənistana təzyiq etməsi ilə bağlı material dərc olundu.
Xatırladaq ki, 2018-ci ildə baş vermiş "məxməri inqilab"dan sonra Ermənistan əhalisi və fəallar 400 milyon dollar həcmində qiymətləndirilən Amulsar qızıl yatağına gedən yolu bağlamışdılar. Bu mədəndə hasilatla Cersidə qeydiyyatdan keçmiş "Lydian International" məşğul olurdu və şirkət bu hadisələrə cavab kimi Ermənistan hökumətini beynəlxalq arbitrajla təhdid etmişdi.
"OpenDemocracy"nin məlumatına görə, Aİ-nin hesabatında Britaniya və ABŞ-ın bu ölkədəki mübahisəli qızıl mədəni proqramı ilə əlaqədar Ermənistana təzyiq göstərdiyi vurğulanıb. Yataqda hasilat işlərinin aparılmasının əleyhdarları ətraf mühitə ziyan vurması ilə bağlı ciddi narahatlıqlarının olduğunu deyirlər.
"İnqilab" zamanı Nikol Paşinyanın tərəfdarları arasında çoxlu ekoloji fəallar da var idi. Onlar "demokratiya və ətrafa qayğı"nın hakimiyyəti ələ keçirmək istəyən populistin vəd etdiyi boş sözlər olmadığına ümid edirdilər. Lakin artıq onlar da məyus olublar.
"Bu gün ölkəmizə kim rəhbərlik edir? Ermənistan hara gedir?", - ötən ilin sonunda Sorbonnada yaşayan erməni politoloq Ayk Martirosyan belə suallarla müraciət edirdi.
Ermənistandakı bir sıra aparıcı ekoloji təşkilatların fikrincə, mədənin istismarı ciddi ekoloji risklərə səbəb olacaq. Belə ki, yataq ərazisində tikinti işləri zamanı "Lydian International" yaxınlıqdakı yaşayış məntəqələrinin (Cermuk, Qndevaz) içməli su borularını bir neçə dəfə zədələyib, içməli su çirklənib, suvarma rezervuarları zərər görüb, mədəndən yayılan toza görə Amulsar yaxınlığındakı əkin sahələri və otlaqlar yararsız hala düşüb.
Media.Az dünya ölkələrinin xarici idarəçiliyi məsələləri ilə məşğul olan ukraynalı beynəlxalq ekspert Sergey Slobodçukdan bununla bağlı münasibət öyrənib.
Onun sözlərinə görə, "yüksək vəzifəli şəxslərin və siyasətçilərin öz cəmiyyətlərinin əhval-ruhiyyələrinə zidd, lakin xarici şirkətlərin və ya xarici dövlətlərin maraqlarına uyğun davranışlarını təsvir etmək üçün "komprador elita" termini uyğun gəlir:
"Komprador - xarici bizneslə milli bazar arasında vasitəçidir. Kompradorun qazancı və statusu xarici şirkətdən və ya xarici dövlətdən asılıdır, buna görə də onların maraqları doğma ölkələrinin maraqlarından daha yaxındır".
"Ədəbiyyatdan yaxşı bir nümunə kimi Prosper Merimenin hekayəsindən afrikalı lider Tamanqonu göstərmək olar. Tamanqo nə işlə məşğuldur? O, silahlı dəstəsi ilə cəngəllikləri gəzir, afrikalıları tutur və fransız qul tacirinə satırdı. Afrikalı lider köləliyə satdığı insanların əzabından narahatdırmı? Bu barədə o, düşünmür belə. Komprodarlar İkinci Dünya Müharibəsinin sonuna qədər mövcud oldular, bundan sonra isə milli azadlıq hərəkatları və müstəmləkələrin müstəqillik əldə etmələri səbəbindən azalmağa başladılar. İndi isə görürük ki, komprador burjuaziya və siyasi elita yenidən doğulur.
"Rəngli inqilab" nəticəsində (Ermənistanda olduğu kimi - red.) kompradorların hakimiyyətə gətirilməsi tez-tez baş verir. Bundan əlavə, unutmaq olmaz ki, "rəngli çevrilişlər", adətən, özəl-dövlət tərəfdaşlığıdır. Mədən və ya nüvə yanacağı təchizatı kimi maraqları olan kommersiya şirkətləri müəssisəni maliyyələşdirir, sonra hakimiyyətə gələn kompradorlar lazım olan qərarları qəbul edirlər", - deyə S.Slobodçuk vurğulayıb.
"Buna görə də baş nazir və ya nazirin xarici şirkətin tərəfində olması ilə bağlı oxşar halları görürük. Baxmayaraq ki, onun formal doğma ölkəsində ictimaiyyət buna qarşı çıxır, ekspertiza isə ətraf mühitə dəyən ziyandan danışır", - deyə ekspert sözlərini yekunlaşdırıb. /oxu.az

Siyasi       Tarix: 13 may 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbərlər xeber dunyada son xeberler son xeberler azerbaycan