"Ərdoğandan xahiş edəcəm" - Putindən təklif
"Kiyevlə danışıqları yenidən başlamaq istəyirik. Mən Prezident Ərdoğandan danışıqların İstanbulda aparılmasını xahiş edəcəm".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.
Putin Rusiya-Ukrayna danışıqlarının təşkilində Türkiyənin roluna diqqət çəkib və məsələ ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışacağını bildirib.
O, Rusiyanın Ukrayna ilə dialoqdan heç vaxt imtina etmədiyini qeyd edib. Bu kontekstdə Putin Kiyev hakimiyyəti ilə 2022-ci ilin sonunda dayandırdıqları danışıqlara yenidən başlamağı təklif etdiklərini açıqlayıb:
"Biz birbaşa danışıqların, xüsusilə ilkin şərt olmadan, əvvəllər heç bir fasilə verilmədən başlandığı İstanbulda mayın 15-i cümə axşamı günü bərpa olunmasını təklif edirik".
Rusiya ilə Ukrayna arasında danışıqların təşkili üçün Türkiyənin bir sıra təkliflər verdiyini xatırladan Putin, bu tədbirin təşkilində Ərdoğanın da çox iş gördüyünü bildirib.
"Prezident Ərdoğanla danışacam. Ondan Türkiyədə danışıqlar üçün belə bir fürsət verməsini xahiş edirəm. Ümid edirəm ki, o, Ukraynada sülh axtarışlarına töhfə vermək istəyini təsdiq edəcək. Ukrayna ilə ciddi danışıqlar aparmaqda qərarlıyıq".

"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
Doğum gününüz haqqınızda nə deyir