9 May paradı: Geosiyasi rəmz, yoxsa diplomatik siqnal?
ABŞ-ın nüfuzlu "The Washington Post" nəşri 9 May – Qələbə Günü münasibətilə Moskvada təşkil olunan hərbi paradı şərh edərək, bu tədbirin Qərbin Rusiyaya qarşı təzyiq və izolyasiya siyasətinin istənilən nəticəni vermədiyini ortaya qoyduğunu yazıb.
KONKRET.az xəbər verir ki, nəşrin fikrincə, Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə baş tutan tədbir təkcə hərbi güc nümayişi deyil, həm də geosiyasi mesaj xarakteri daşıyıb. Parad zamanı bir sıra ölkələrin – xüsusilə MDB məkanından olan liderlərin və nümayəndələrin iştirak etməsi Moskvanın beynəlxalq əlaqələrinin tam kəsilmədiyini və Qərbin yaratmağa çalışdığı diplomatik blokadanın tam effektiv olmadığını göstərib.
Qeyd olunur ki, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın, Özbəkistanın və Tacikistanın liderləri ilə yanaşı, digər postsovet ölkələrinin nümayəndələri də tədbirdə iştirak edib. Bu isə Kremlin regional nüfuzunun hələ də güclü olduğunu təsdiqləyir.
"The Washington Post" əlavə edir ki, Qərbin sanksiyaları və diplomatik təzyiqləri Rusiyanı müəyyən mənada çətin duruma salsa da, Moskva həm siyasi, həm də iqtisadi baxımdan öz alternativ müttəfiqləri ilə əlaqələri gücləndirməkdə davam edir. Çin, İran, Şimali Koreya və bir sıra Asiya, Afrika və Latın Amerikası ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi, Rusiyanın yeni geosiyasi vektor formalaşdırmaq niyyətində olduğunu göstərir.
Analitiklər hesab edirlər ki, 2022-ci ildən bəri tətbiq olunan sərt sanksiyalara baxmayaraq, Rusiya tam izoliyasiya olunmayıb və Qələbə Paradı bunun bariz sübutuna çevrilib.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir