PKK-nın özünü ləğvetmə qərarı: Üç nəticə xüsusilə önəmlidir

PKK-nın özünü ləğvetmə qərarı: Üç nəticə xüsusilə önəmlidirPKK-nın rəsmən özünü ləğv etməsini Türkiyənin 40 ildən artıqdır davam edən terror probleminin həlli istiqamətində sonun başlanğıcı mərhələsinə keçid kimi qiymətləndirmək olar. Burada üç nəticə xüsusilə önəmlidir.
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib:
– Bu qərarla PKK-nın – Qəndilin Türkiyə siyasətinə müdaxiləsinin aradan qalxdığını demək mümkündür;
– PKK üzərindən illərdir Türkiyəyə qarşı istifadə edilən rıçaqlar, tətbiq edilən planlar sıradan çıxır;
– PKK-nın dağ və şəhər qrupları arasındakı bağlantılar faktiki olaraq parçalanır və bu, qruplaşmanın sonunu sürətləndirəcək;
Hərçənd, PKK-nın "silahı buraxmaq, özünü ləğv etmək" qərarının praktiki müstəvidə icrasınının asan olmayacağı bəllidir. Hakan Fidan da bildirib ki, "təkcə silahın buraxılması ilə iş bitmir, qeyri-leqal qruplaşma da aradan qaldırılmalıdır". Türkiyədə müzakirə edilən əsas məsələ də budur: PKK-nın rəsmən ləğvetmə qərarı praktiki müstəvidə necə icra ediləcək, silahların toplanması necə baş tutacaq?
Müəyyən fikirlər-ehtimallar mövcuddur: bura silahların Türkiyə ordusu tərəfindən toplanması, Qəndildəki rəhbərlərin üçüncü ölkəyə keçidi, hücumların icraçılarının məhkəmə qarşısına çıxarılması, dağa qaçırılan gənclərin əfv edilməsi və s. addımlar daxildir.
Lakin PKK-nın tamamilə silahı buraxağı, xüsusilə Qəndildəki rəhbərlərin "özünü ləğvetmə qərarına" tabe olacağı sual altındadır. Öcalanın ilk çağırışında da Qəndil rəhbərliyi terror aktı ilə müqavimət göstərmişdi. Qəndildə gizlənənlər, xüsusilə Murat Karayılan və Cəmil Bayıkın yenə müqavimət göstərəcəyi gözləntilər arasındadır.
PKK-nın özünü ləğvetmə qərarının hadisələrin inkişafında hansı nəticələrlə müşahidə ediləcəyinə dair müəyyən təxminlər irəli sürmək mümkündür.
Birincisi, Karayılan və Bayık başda olmaqla Qəndil yeni hücumlarla qərarın praktiki icrasına mane olmağa çalışacaq, lakin onlar da yeni reallıqla müqavimət imkanlarının azaldığını anlayırlar. Bu baxımdan, Qəndil rəhbərliyinin mümkün hücum cəhdləri öz şərtlərinin qəbul edilməsinə – istəklərindən biri üçüncü ölkədə təhlükəsizlik əldə etməkdir – hesablana bilər;
İkincisi, PKK-nın daxilindəki qruplaşmalar arasında qərara tabe olmaqdan boyun qaçıranlar, yaxud yenidən təşkilatlanmağa çalışanlar olacaq, KCK-nin ləğvetmə qərarına münasibəti bu kontekstdə diqqət çəkir;
Üçüncüsü, "silahın buraxılması" prosesinə nəzarət edən Türkiyə hadisələrin inkişafını sürətləndirmək istiqamətində addımlar ata bilər:
– Yekun addım kimi Qəndildə əməliyyatın keçirilməsi mümkün variantlardandır;
– PKK-nın yenidən təşkilatlanması riskinə qarşı Qəndil rəhbərliyinin "sığındıqları" üçüncü ölkələrdə neytrallaşdırılması baş verə bilər;
Bütün bunların fonunda PKK-nın arxasındakı ölkələrin ləğvetmə qərarının praktiki icrasına maneələr yaradacağı, Qəndil rəhbərliyinin müqavimətə sövq edəcəyi də istisna edilməməlidir. Lakin PKK-nın son qərarından sonra qruplaşmanın Türkiyəyə qarşı planlarda əvvəlki qədər effektiv olmayacağı və tədricən dağılma mərhələsinə keçəcəyi görünür.

Siyasi       Tarix: 12 may 2025
f Paylaş

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 son xabar cəbhədən görüntülər valyuta mezennesi banklar