Sərhəddə baş verən son hadisələr: Ermənistanı nə gözləyir? - ŞƏRH

Sərhəddə baş verən son hadisələr: Ermənistanı nə gözləyir? - ŞƏRHAzərbaycanın sülh çağırışlarına cavab vermək istəməyən Ermənistan yenə də təxribatlara əl atıb. Ötən gündən cəbhədə vəziyyətin gərginləşdirən Ermənistan nəticə etibarilə xeyli itki də verib. Paşinyanın açıqladığı rəqəmlərə görə, 49 nəfər erməni həbçisi ölüb. O, həmçinin bu sayın artacağını da qeyd edib.
Bunun qarşılığında isə Azərbaycan Ordusu ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürüb.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Müdafiə Nazirliyindən də vəziyyət barədə məlumat verilib:
"Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. 
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür".
Politoloq Fikrət Sadıqov azxeber.com-a açıqlamasında hazırki məsələlərə aydınlıq gətirib.
O, ermənilərin təxribatlarının səbəblərindən danışıb:
"Ermənilərin növbəti təxribatının səbəblərindən biri daxili siyasi vəziyyətdir. Çünki Paşinyana qarşı artıq bir sıra qüvvələr baş qaldırıb və onun istefasını  istəyir. Dəfələrlə mitinqlər olub, partiyalar küçələrə, meydanlara yığışıb. Onu satqın adlandırırlar. Bu təxribatlarla da özünü guya qəhrəman rəhbər kimi qələmə vermək istəyir. Dünyaya və öz daxilindəki qüvvələrə nəyəsə qadir olduğunu göstərmək istəyir. Guya Azərbaycana qarşı çıxış edir və guya bu məsələdə çox cəsarətli addımlar atır".
Politoloq qeyd edib ki, bu cür təxribatların səbəblərindən biri də Paşinyanın sülh sazişinə imza atmaq istəməməsidir: 
"Digər məqamlardan biri də ondan ibarətdir ki, Paşinyan sadəcə olaraq sülh sazişinə imza atmaq istəmir. Yenə də onu həmin qüvvələr tənqid edir. Hesab edir ki, sülh sazişi Ermənistanın müəyyən dərəcədə kapitulyasiyasıdır. Eyni zamanda dünya birliyinə də bəyan edir, səs-küy salır ki, mən belə bir vəziyyətdəyəm. Bir tərəfdən Türkiyə, başqa bir tərəfdən Azərbaycan, demək istəyir ki, izolyasiyada qalmışam, gəlin mənə kömək edin. Yardım edin, məni vəziyyətdən çıxarın. Yəni müşahidə edilən bunlardır və mənə elə gəlir ki, bu, əsas səbəblərdən biridir".
Fikrət Sadıqovun sözlərinə görə, ermənilərin təxribatları davam edəcək:
"İndi dünəndən müşahidə olunan qızğın baza bir az səngidi. Atəşkəs elan olundu, amma bu, heç də o demək deyil ki, Ermənistan öz təxribatlarından əl çəkəcək. Düşünürəm ki, onların təxribatları davam edəcək. Yenə Azərbaycan sərhədləri boyu bizə atəş atacaqlar. Amma eyni zamanda Azərbaycan tərəfindən adekvat cavab da alacaqlar". 
"Onlar çox istəyir ki, Fransa, ABŞ kimi ölkələr onları müdafiə etsin, onların tərəfində olsun. KTMT qüvvələri gəlsin. Amma buna heç bir səbəb yoxdur. Çünki biz Ermənistanın ərazisində deyilik, biz öz ərazilərimizdəyik. Heç bir dövləti də işğal etməmişik. Yəni KTMT-lik burada heç bir iş yoxdur. Artıq ABŞ dövlət departamenti də bəyan etdi ki, tərəflər bir araya gəlməlidirlər. Atəşkəs elan olunmalıdır. Hər halda dövlət departamenti ermənilərin tərəfində olmadı. Bu da onlara yaxşı bir zərbədir", - deyə politoloq əlavə edib.
Aydın Nuri

Siyasi       Tarix: 13 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberler bu gun en son xeberleri son xəbər ən son xəbərlər bugün