Serjin kürəkəninə Qarabağdan qayıdan dostu nələr yazıb?: "Qısaca desəm, birdəfəlik..."

Serjin kürəkəninə Qarabağdan qayıdan dostu nələr yazıb?: "Qısaca desəm, birdəfəlik..."Ermənistanın eks-prezidenti Serj Sərkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyan Qarabağdan qayıdan dostunun ona yazdığı məktubu özünün "Facebook" səhifəsində yerləşdirib.
Publika.az xəbər verir ki, Məktubda Mikaelin dostu yazır:
"Təəsüratlar çox ağırdır və əgər gördüklərimi qısaca ümumiləşdirsəm Qarabağın ermənilər üçün birdəfəlik itirildi".
Minasyan bildirir ki, həmin dostu Qarabağda müharibədə döyüşmüş tanışına baş çəkmək üçün getmişdi.
"Mən ona vərdiş etmişdim ki, orada sadə adamlar hələ müharibədən əvvəl də Rusiyaya dua edirdilər, indi isə mən ora gedəndə düşünürdüm ki, onlara ümidverici nəsə deyim,-amma mənə elə gəlir ki, müharibəni uduzduğumuzu desəm bununla necə də olsa şirin tüpürcək tüpürmüş olaram, hesab elə ki, ora artıq Rusiyadır",-Mikaelin dostu yazır.
Daha sonra həmin adam bildirir ki, Qarabağda (yəni Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində) tam ümidsizlik və acizlik hökm sürür. Laçın dəhlizi ilə hərəkət edəndə ona ancaq postlarda maşını saxlamaq, maşından düşməmək tapşırılıb. Şuşanın yaxınlığında isə ermənilər Azərbaycan ordusunun postunun yanından ötüb keçirlər.
Müharibədə darmadağın edilən qondarma "dqr müdafiə ordusu"undakı vəziyyət də acınacaqlıdır.
"Mənim əsgər yoldaşım ordudan tərxis olunduqdan sonra 3 illik müqavilə ilə yenidən orduya yazılıb. Çünki başqa iş yoxdur. Əsgər yoldaşlarım deyirlər ki, hərbi xidmət faktiki olaraq yoxdur, hamı vaxt öldürür, döyüş vəzifələri daha yoxdur. Zabitləri məktəblilər kimi gündə bir neçə dəfə sıraya düzüb yoxlayırlar ki, görsünlər hamı yerindədir, yoxsa öz işlərinin dalınca gediblər. Müharibədə əldə saxladıqları postları bir güllə də atılmadan təhvil veriblər, indi yeni postlar qururlar, amma tənbəlcəsinə, nömrə gəlməklə",-Qarabağdan qayıdan erməni yazır.
Həmin şəxs bildirir ki, Xankəndindən Ermənistana gediş-gəliş də kəskin azalıb, yolda ara-sıra maşınlar görünür. Ağdərənin Vəng kəndindəki oteldə isə məktub müəllifindən başqa heç kim olmayıb. Restoranlarda menyü təqdim etmirlər, adətən ərzağı ancaq müştəri gələndən və sifariş götürəndən sonra alıb gətirirlər.
"Qısaca desəm, təəsürat belədir ki, Qarabağ bizim üçün birdəfəlik itirilib",-Mikaelin dostu ona yazır. / Virtualaz.org

Dünya       Tarix: 08 may 2021
f Paylaş

Oxşar xəbərlər

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 bugünkü son xəbərlər cəbhədən yeni xəbərlər xeber saytlari