Sərnişin avtobusu qəzaya uğradı: xəsarət alan var
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.
Rayon mərkəzinə sərnişin daşıyan "Mersedes" markalı marşrut avtobusu hərəkətdə olarkən qəfil qarşısına çıxan "Lada-Priora" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Qəzada sərnişinlərdən biri, 65 yaşlı Lalə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı vəziyyətinə uyğun olaraq müvafiq şöbəyə yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yolun buz bağlaması olub.
Faktla bağlı araşdırma aparılır.
Turlar.az [newsid: 0-123300]

TƏCİLİ! Azərbaycanda ZƏLZƏLƏ OLDU
İlham İsmayılın vəziyyəti necədir? - Yaxınları danışdı
44 yaşlı qadın dəm qazından zəhərlənərək öldü
Sabah 10 müntəzəm marşrutun hərəkəti dəyişdiriləcək
Hamımız bilirik ki, Sumqayıtda nə qədər özbaşınalıqlar baş verir' - Tarix Əliyev onları tənqid etdi
Azərbaycanda pullu yollara niyə radar quraşdırıldı? – "Ödənişli yolun mahiyyəti bu idi ki…
Bu məmur eyni qəddarlığı tikinti maqnatlarına, bar-klub sahiblərinə göstərə bilərmi?
"20 Yanvar faciəsi yalnız kədərli tarix deyil…
İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görüldü
Prezident Davos Forumunda iştirak etmək üçün İsveçrəyə səfərə gəlib - FOTOLAR
Rubinyan: Azərbaycanla münasibətlərin tənzimlənməsində müsbət nəticələr var
Azərbaycan iqtisadiyyatı nə qədər artıb? - RƏSMİ
Güclü qar yağdı, evin talvarı çökdü, avtomobillər əzildi - FOTOLAR
Rusiya və Qazaxıstan onları ölkəmizə təhvil verdi