Şərurlu İsfəndiyarın maşınlarına həbs qoyuldu

Şərurlu İsfəndiyarın maşınlarına həbs qoyuldu"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub.
KONKRET.azQaynarinfo-ya istinadən xəbər verir ki, iş adamına məxsus 9 avtomobilə Bakı şəhəri, Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən həbs qoyulub.
İsfəndiyar Axundovun avtomobillərinə həbs qoyulmasına səbəb isə 482.000 ABŞ dolları borcunun olmasıdır.
"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov milyonluq avtomobillərinə həbs qoyulduğu üçün Nərimanov Rayon Məhkəməsinə üz tutmalı olub.
Məhkəmədə İ.Axundovun nümayəndəsi iddia qaldırıb ki, icra sənədi üzrə borcun məbləği 482.000 ABŞ dolları olduğu halda, avtomobillərin ümumi dəyəri həmin borcun məbləğindən dəfələrlə artıqdır.
Üzərinə həbs qoyulmuş avtomobillərdən birinin təxmini satış qiyməti 142.000 ABŞ dolları, təkcə "Lamborghini Plug-İn Hibrid" hibrid minik markalı 10-P0-200 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qiyməti 550.000 ABŞ dolları təşkil edib.
Aşağıdakı avtomobillərə də həbs qoyulub:
– "Lx 600" MİNİK markalı, "AA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
– "Lamborghini" markalı "YA" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
– "Toyota Hilux minik" markalı, "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
– "Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy" markalı, "JN" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,
– "Kia Rio minik" markalı, "PF" və "PZ" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,
– "Kia Carnival" markalı, "AT" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.
Məhkəmədə İ.Axundovun nümayəndəsi bildirib ki, üzərinə həbs qoyulmuş yalnız iki avtomobilin qiyməti belə borcun məbləğindən yüksəkdir:
"Faktiki olaraq aktiv istifadəsində olan 9 avtomobilin üzərinə icra məmuru tərəfindən əsassız olaraq həbs qoyulması "Şərur" MTK-nın iş fəaliyyətinə mane olur".
İ.Axundovun nümayəndəsi onu da deyib ki, avtomobillərə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən həbs qoyulması qanunsuz hesab edilməlidir.
Məhkəmə "Şərur" MTK-nın balansında olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərarı qanunsuz hesab edərək ləğv edib. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən yenidən məhkəməyə üz tutulacağı istisna edilməyib.
"Şərur" Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundov açıqlamasında avtomobillərinə həbs qoyulması ilə bağlı məlumata belə şərh verib: "Yalandır, əlimdə məhkəmə qərarı var".
Şərurlu İsfəndiyarın maşınlarına həbs qoyulduŞərurlu İsfəndiyarın maşınlarına həbs qoyuldu

Hadisə       Tarix: 16 avqust 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Kişi arvadını və 3 yaşlı uşağını bıçaqladı

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarət yetirib. KONKRET.azTeleqraf-a istinadla xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində, "Müəllimlər Binası" kimi tanınan yaşayı

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

İki gəmiyə dron hücumu: heyətdə 8 Azərbaycan vətəndaşı var

Qara dənizdə iki gəmiyə pilotsuz uçuş aparatlarının hücumu baş verib. barədə məlumat verib, onlardan biri batıb. report-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstan Telegraf Agentliyi (BTA) məlumat yayıb. Bir gəmini


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler ən son xəbərlər bugün en yeni xeberler xeber.az son xeberler