Səudiyyə Ərəbistanı+BƏƏ Türkiyəyə 90 milyard dollarlıq dəstək verdi

Səudiyyə Ərəbistanı+BƏƏ Türkiyəyə 90 milyard dollarlıq dəstək verdiKörfəz ölkələri əməlləri ilə Ərdoğanın yanında yer aldı.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Türkiyədə keçirilən son seçkilərdə Cümhur İttifaqının əsas müttəfiqlərindən biri varlı Körfəz ölkələri idi. Onlar açıq şəkildə Tayyib Ərdoğana dəstək verirdilər. Sayın Ərdoğanın qələbəsi üçün Körfəz ölkələri maliyyədən tutmuş siyasi dəstəyinə qədər, bir sözlə bütün istiqamətlərdə səfərbər olmuşdu.
Sirr deyil ki, Körfəz ölkələri əvvəllər daha çox ABŞ-ın yedəyində sürünürdü. Türkiyə ilə isə Körfəz ölkələrinin münasibətləri o qədər də hamar deyildi. Xüsusən səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda qətlindən sonra Ankara ilə Ər-Riyad arasında münasibətlər gərginləşdi.
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman əl-Saudin adının bu qətldə hallanması vəziyyəti daha da pisləşdirdi. İş o yerə çatmışdı ki, Türkiyə Avropa ölkələrini Camal Qaşıqçı olayına biganə qalmamağa səsləyirdi. Bir çox siyasi təhlilçi bu məsələdə Türkiyənin tutduğu mövqeyin aşırı sərt olmasını yanlış hesab edirdi.
Səudiyyə Ərəbistanı+BƏƏ Türkiyəyə 90 milyard dollarlıq dəstək verdiMüəyyən müddət sonra Səudiyyə Ərəbistanı ilə Türkiyənin münasibətləri yenidən əvvəlki axarına döndü. Körfəz ölkələri içərisində Səudiyyə Ərəbistanı dominant mövqelərə sahibdir. Məsələn, Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər gərginləşəndə biz bunun şahidi olduq. Ər-Riyadın təkidi ilə digər Körfəz ölkələri də Qətərə qarşı qalxdı. O vaxt Türkiyə Qətərə hərtərəfli dəstək verdi…
Qaz və neft ixracından fantastik paralar qazanan Körfəz ölkələri ilə İran arasında münasibətlər uzun müddət düşmənçilik həddində olub. Düzdür, son aylarda Çinin vasitəçiliyi ilə İran ilə Səudiyyə Ərəbistanı arasında anlaşma əldə olunub. Ancaq əvvəllər Körfəz ölkələri İran təhlükəsindən sığortalanmaq üçün Amerika ilə ittifaqda olmağa məhkum idi. Amerika isə Körfəz ölkələrini İran təhlükəsindən qoruduğuna görə açıq şəkildə bac-xərac alırdı…
Hazırda Körfəz ölkələri bu baxımdan da Türkiyəyə ümidlə baxırlar. Bəllidir ki, Türkiyənin kifayət qədər güclü dəniz hərbi qüvvələri var. Körfəz ölkələri istəyir ki, bu ölkələri hər hansı kənar hərbi müdaxilədən məhz Türkiyə qorusun. Çünki Körfəz ölkələri Amerika ilə müqayisədə Türkiyəyə daha çox etibar edirlər.
Son vaxtlarda Körfəz ölkələri Çinlə də yaxınlaşmağa başladılar. Nəticədə Amerika ilə Körfəz ölkələri (Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman) arasındakı münasibətlər daha da soyuyub. Türkiyədəki seçkilərdə cənab Ərdoğana dəstək verməklə Körfəz ölkələri Kemal Kılıçdaroğlunun tərəfində yer alan Amerikadan bir qədər də uzaqlaşdı.
Səudiyyə Ərəbistanı+BƏƏ Türkiyəyə 90 milyard dollarlıq dəstək verdiTürkiyədə keçirilən səsvermənin nəticəsindən cəmi üç gün sonra Birləşmiş Ərəb Əmirlikləri 40 milyard dollarlıq, 5 illik ticarət müqaviləsini ratifikasiya etdi. Səudiyyə Ərəbistanı da Türkiyə ilə iqtisadi müqavilələr bağlamağa başlayıb, neft şirkəti "Saudi Aramco" (dünyanın ən bahalı şirkətlərindən biri) Türkiyənin paytaxtında 80 podratçı ilə 50 milyard dollar dəyərində potensial layihələri müzakirə etmək üçün bir araya gəlib. Bu barədə ispan, fransız və ingilis dilində yayımlanan "Atalayar TV" media mərkəzi xəbər yayıb.
Şübhəsiz ki, digər Körfəz ölkələri də, xüsusən Qətər  bu prosesdən kənarda qalmayacaq. Xatırladım ki, Qətərdə Türkiyənin hərbi bazası da var. Yaxın Şərqdə ilk hərbi baza olan bu hərbi mərkəz (paytaxt Dohada yerləşir) 2016-cı ildən fəaliyyətdədir və orada 5 min türk əsgəri xidmət edir. Maraqlıdır ki, Osmanlı əsgərləri Qətəri tərk edəndən bir əsr sonra Türk əsgəri yenidən geri döndü və bu proses daha da genişlənəcək. Digər Körfəz ölkələrində də Türkiyə hərbi bazalarının açılması gündəmdədir…

Siyasi       Tarix: 10 iyun 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


azerbaycan xeberleri yeni xeberler son xeberler hava cəbhədən xəbərlər son xeberler 2026 en son xeberleri