Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək.
azxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklikləri təsdiq edib.
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılacaq.
Bundan başqa, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq.
Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
Eyni zamanda vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər edilib. Belə ki, vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur.
Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.
Turlar.az [newsid: 0-123300]

"Ermənistan artıq hüquqi dövlət deyil" – Qarnik Danielyan
Qvardiola bu ölkəyə "yox" dedi
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 səhv
Amnistiya Təşkilatı Netanyahunun həbsinə çağırdı
Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü
İpoteka, yoxsa daxili kredit? - Mənzil alarkən hansı seçim daha sərfəlidir?
Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb
Azərbaycan banklarının sosial şəbəkələrdəki reytinqi: Kim öndədir, kim geridə? - SİYAHI
İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
Dünyadan 48 işıq ili uzaqlıqda tarixi kəşf: Elm dünyasında mühüm irəliləyiş
Hakan Fidan Sibiqa ilə Qara dənizin təhlükəsizliyini müzakirə etdi
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı
Magistraturaya qəbul planı artan və azalan universitetlər - SİYAHI
Niyə bəzi insanlar həmişə gecikir? - Maraqlı səbəb
"Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür" - "Space TV"nin açıqlaması