Dünyadan 48 işıq ili uzaqlıqda tarixi kəşf: Elm dünyasında mühüm irəliləyiş
Astronomlar ilk dəfə olaraq ulduzunun yaşayış üçün əlverişli zonasında yerləşən qayalı ekzoplanetin atmosferini müəyyən ediblər. Bu, kosmik tədqiqatlar tarixində mühüm nailiyyət hesab olunur.
KONKRET.azxəbər verir ki, alimlər Yer kürəsindən 48 işıq ili uzaqlıqda yerləşən LHS 1140 b adlı qayalı ekzoplanetin atmosferini aşkar ediblər.
Bu kəşf, maye suyun mövcud ola bilməsi üçün ulduzuna uyğun məsafədə yerləşən, yəni "Goldilocks" (yaşayış üçün əlverişli) zonasında olan qayalı planetdə ilk dəfə atmosferin müşahidə olunması kimi tarixə düşüb.
Tədqiqatın baş müəllifi Kollin Çerubim bildirib ki, planetin atmosferində helium aşkar edilib. Bu, indiyədək hər hansı qayalı ekzoplanetin atmosferində heliumun ilk birbaşa müşahidəsidir.
LHS 1140 b-nin 2017-ci ildə kəşfində iştirak etmiş tədqiqatçılardan Ceyson Dittmann isə deyib:
"Bu planet təxminən 10 il əvvəl kəşf edilmişdi. Yalnız indi əminliklə deyə bilirik ki, onun atmosferi var."
Çerubimin sözlərinə görə, planetdə istixana effekti yarada biləcək qədər atmosfer mövcuddur. O hesab edir ki, böyük ehtimalla bu ekzoplanetdə Yerə bənzər yaşayış şəraiti və maye suyun mövcud olmasına imkan verən şərait var.
Tədqiqatın nəticələri nüfuzlu Science elmi jurnalında dərc olunub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir