Seysmoloji Mərkəz: Vulkan püskürməsi üç fazada qeydə alınıb
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bu gün Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə barədə məlumat yayıb.
RSXM-dən azxeber.com-a verilən məlumata görə, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib. İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.
Üçüncü faza püskürmə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib. Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul olub.
Vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma