"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsinə düzəlişlər edilməlidir - DETALLAR

Özbəkistan hakimiyyəti yəqin ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin strateji inkişafında bundan sonra da iştirak etməyəcək.
Bunun sübutu 2024-cü ilin iyulunda Qazaxıstanda birinci "Şimal-Cənub" nəqliyyat ticarət və ixrac forumunda Özbəkistan tərəfinin nümayəndələrinin iştirak etməməsidir.
Xatırladaq ki, həmin forumda beynəlxalq nəqliyyat dəhlizinin potensial inkişafı üzrə yol xəritəsi imzalanıb. Eləcə də bu nəqliyyat-logistika layihəsinin həyata keçirilməsi ilə bağlı digər beynəlxalq platformalarda Özbəkistan tərəfinin ümumi passivliyi özünü göstərib.
Yeri gəlmişkən, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Hindistan, Cənub-Şərqi Asiya, Afrika və Yaxın Şərq ölkələrindən Avropa İttifaqına və əks istiqamətdə yüklərin daşınması üçün əsas marşrutdur.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin digər marşrutlar və xüsusən də Süveyş kanalından keçən dəniz marşrutu ilə müqayisədə əsas üstünlükləri daşıma məsafələrinin iki və ya daha çox dəfə qısaldılmasıdır. Bu da yükgöndərənlərə daşıma xərclərinə qənaət etməyə imkan verir.
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı prosesinin intensivləşdirilməsi üç il əvvəl başlanıb.
Bu prosesə isə Xəzər dənizinin hüquqi statusuna dair tarixi konvensiyanın qəbul edildiyi 2018-ci ildə keçirilmiş "Beşinci Xəzər Sammiti" təkan verib.
Daha sonra ilk dəfə olaraq Rusiya, İran və Hindistan beynəlxalq "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında saziş imzaladılar, sonralar Oman, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Suriya, Türkiyə, Tacikistan və Qırğızıstan da bu ölkələrə qoşuldu.
Layihəyə Hindistanın Mumbay limanından İranın Çehbehar və Bəndər Abbas limanlarına dəniz marşrutları, Rusiya, Azərbaycan və İrandan keçən dəmir yolu marşrutları, Xəzər dənizi boyunca dəniz nəqliyyatı, o cümlədən bitişik çay marşrutlarının inkişafı, Ermənistan, Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiyadan keçən avtomobil yolları daxildir.
2022-ci ilin iyul ayında "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə ilk kommersiya yükü göndərilib. Xəzər dənizi regionunda dəhliz üç marşrut üzrə keçir:
Rusiya və İran limanlarından istifadə etməklə transxəzər, qərbə Azərbaycandan, şərqə Qazaxıstan, Özbəkistan və Türkmənistandan keçməklə.
Lakin 2024-cü ildə məlum olub ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin genişləndirilməsi üzrə mövcud layihələr infrastruktur məhdudiyyətlərini aradan qaldırmaq üçün kifayət etmir. Hər iki quru marşrutu İran, Qazaxıstan, Türkmənistanda dəmir yollarının, eləcə də Rusiya və Qazaxıstanın avtomobil yollarının aşağı ötürücülük qabiliyyətinə mane olur.
Dəniz marşrutu limanlarının işi İranda onlara dəmir yolu yanaşmalarının olmaması səbəbindən ləngiyir.
Hazırda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı planlarına düzəlişlər edilməsi gözlənilir, lakin dəhlizin Süveyş kanalına alternativ olaraq yerləşməsinə baxmayaraq, arteriyanın bütün istiqamətlərdə "darboğazlar" qalmaqdadır.
Belə ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunun əsas "darboğazı" İranın Rəşt və Astara şəhərləri arasında İran və Azərbaycan sərhədində dəmiryol relslərinin hələ çəkilməmiş hissəsidir.
Buna görə də dəmir yolu ilə daşınan mallar bir vaqondan digərinə yüklənməlidir.
Dəmir yolu xəttinin isə istifadəyə verilməsi 2028-ci ilə planlaşdırılır.
Eyni zamanda, dəhlizin şərq qolunda dəmir yolu xidmətləri fəaliyyət göstərir, lakin yükdaşıma üçün kifayət qədər imkan yoxdur. Həmçinin Türkmənistan və İrandakı sərhəd keçidlərində relslərin ölçüləri dəyişdirilməlidir.
Onu da qeyd edək ki, Transxəzər istiqamətində gəmilərin kifayət qədər tonajı yoxdur və qışda naviqasiya ilə bağlı problemlər, həmçinin İranın şimalındakı limanlarda tranzit rəsmiləşdirilməsində gecikmələr var.
2024-cü ilin iyulunda Rusiya, Qazaxıstan, İran və Türkmənistan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin şərq marşrutunun potensialının sinxron inkişafı üzrə yol xəritəsi imzalayıblar.
Bu sənədin həyata keçirilməsi 2027-ci ilə qədər dəhlizin ötürücülüyünü ildə 15 milyon tona, 2030-cu ilə qədər isə 20 milyon tona çatdıracaq.
Özbəkistan öz növbəsində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin potensialının sinxron inkişafı üzrə yol xəritəsinin imzalanmasında iştirak etməyib.
Bu, böyük ehtimalla, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsinin iştirakçılarına qarşı Amerika Birləşmiş Ştatları tərəfindən qondarma "ikinci dərəcəli sanksiyaların" tətbiqinin potensial təhlükəsi ilə birbaşa bağlıdır.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 27 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe ensonxeberler beynelxalq bank mezenne bu gune olan xeberler