Azərbaycan Suriyada növbəti xeyriyyə aksiyası keçirib

Azərbaycan Suriyada növbəti xeyriyyə aksiyası keçiribAzərbaycan tərəfindən Suriyada növbəti xeyriyyə aksiyası keçirilib.
Bu barədə azxeber.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Müqəddəs Qurban bayramı münasibətilə cari ilin 7-8 iyun tarixlərində Suriyanın böyük dağıntılara məruz qalmış Dəməşqətrafı, Homs və Homsətrafı vilayətlərində "Azərbaycan xalqından qardaş Suriya xalqına ən səmimi təbriklər" şüarı altında yardım fəaliyyəti təşkil olunub.
Azərbaycanın Suriyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı, habelə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müvafiq dəstəyi ilə müharibədən əziyyət çəkmiş 320 ailəyə qurban əti paylanıb. Xeyriyyə aksiyasının təşkil olunmasında Suriyanın "Həyat" Fondu, eləcə də "Səvaidul İhsən" (xeyirxah əllər) və "Bəsmətu Həyat" (həyatın gülüşü) adlı könüllü qrupları da iştirak edib.
Ərəb, türkman, çərkəz və ələvi əsilli ailələri əhatə edən xeyriyyə aksiyasının ilk günü Dəməşqətrafı vilayətinin Qərbi və Şərqi Quta rayonlarında, növbəti gün isə Homs və Homsətrafı vilayətlərində baş tutub. Həmin ailələrin böyük əksəriyyətini uzun sürən vətəndaş müharibəsi nəticəsində ərlərini itirmiş çoxuşaqlı qadınlar təşkil edib. İki gün ərzində ümumilikdə təxminən 1 500 insan sözügedən yardım fəaliyyətindən faydalanıb.
Qurban sovqatının təqdim olunduğu ailələr Azərbaycan xalqı və dövlətinə dərin minnətdarlıqlarını ifadə edərək, ən xoş arzularını çatdırıblar.
Prezident İlham Əliyevin müvafiq təlimatına uyğun olaraq Suriya əhalisi üçün ölkəmiz adından təşkil olunan humanitar yardım xarakterli fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan tərəfindən Suriya xaqlı üçün 200 ton həcmində humanitar yardım göndərilib. Bundan savayı, AIDA-nın dəstəyi və Suriyadakı səfirliyimizin təşkilatçılığı ilə cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində 1000 kimsəsiz uşaq üçün iftar süfrələri təşkil olunub.

Siyasi       Tarix: 09 iyun 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az 2026 cəbhədən video ən son xəbər cəbhədən son xəbərlər 2026