İlon Maskın keçmiş sevgilisi Trampa açıq dəstək təklif etdi

İlon Maskın keçmiş sevgilisi Trampa açıq dəstək təklif etdiABŞ-ın tanınmış iş adamı İlon Maskın keçmiş həyat yoldaşı və model Eşli Sent-Kleer sabiq prezident Donald Trampa dəstək verməyə hazır olduğunu bəyan edib.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Sent-Kleer bu barədə "X" (keçmiş Twitter) sosial platformasında paylaşım edərək Trampa birbaşa müraciət ünvanlayıb.
"Əgər məsləhətə ehtiyacınız varsa, mən buradayam", – deyə o, Trampa çağırış edib.
Onun bu jesti Mask və Tramp arasında münasibətlərin gərginləşdiyi bir vaxtda baş verib. Qeyd edək ki, İlon Mask son günlərdə Trampın siyasətini və seçki strategiyasını kəskin şəkildə tənqid edib. O, Trampın təqdim etdiyi büdcə planını qəbuledilməz adlandıraraq, 2024-cü il prezident seçkilərində onun dəstəyi olmadan Trampın qalib gələ bilməyəcəyini vurğulayıb.
"Əgər mən olmasaydım, Tramp seçkiləri uduzardı. Demokratlar Nümayəndələr Palatasını, respublikaçılar isə Senatda cəmi 51 yer qazanardı. Bu, sadəcə nankorluqdur", – deyə Mask daha sonra sildiyi paylaşımda qeyd edib.
Milyarder həmçinin sabiq prezidentin adının cinsi cinayətlərdə ittiham olunan Cefri Epsteynlə bağlı sənədlərdə yer aldığını iddia edib:
"Əsl bombanı atmağın vaxtıdır – Trampın adı Epsteinin fayllarındadır".
Eşli Sent-Kleerə dair mübahisəli məqamlar bununla yekunlaşmır. O, ötən il İlon Maskdan bir oğlan uşağı dünyaya gətirdiyini açıqlayıb. 2024-cü ilin aprelində "The Wall Street Journal" nəşrinə verdiyi müsahibədə Sent-Kleer iddia edib ki, Mask bu məlumatın ictimaiyyətə açıqlanmaması üçün ona 15 milyon dollar təklif edib. Bundan əlavə, milyarderin uşağın 21 yaşına qədər aylıq 100 min dollar ödəməyi də vəd etdiyi bildirilir.

Siyasi       Tarix: 09 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az 2026 cəbhədən video ən son xəbər cəbhədən son xəbərlər 2026